1. Heç bir idarədə və ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olan. □ Evdar qadın.
2. Evli, uşaqlı, ailə sahibi, ailəsi olan. □ Evdar adam. Evlənən evdar olar. (Atalar sözü).
3. Ailəsini, ailə həyatını sevən, ailəpərəst, evcanlı, ailəsini yaxşı dolandıran, evinə, ailəsinə yaxşı baxan. □ Evdar kişi. Evdar insan.
1. Heç bir idarə, ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olma.
2. Evdar adamın xüsusiyyəti; ailəpərəstlik, ailəcanlılıq. □ Dolanışıq məsuliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir meyar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir.
Rusiya Federasiyası tərkibinə daxil olan Evenk milli dairəsində və Sakit Okeana qədər Şərqi Sibirdə yaşayan xalq və bu xalqa mənsub adam (keçmişdə bu xalqın adı tunqus idi). □ Yenisey çayından şərqə doğru Oxot dənizinə qədər olan sahildə evenklər və ya rusların dediyi kimi, tunquslar yaşayırdılar.
Azərbaycan dilinin izahlı lüğətiBotanika. Əsil vətəni Avstraliya olub, Qara dəniz sahillərində və Azərbaycanda da iqlimləşdirilib yetişdirilən ucaboylu, həmişəyaşıl, enliyarpaqlı ağac. □ Ucaboylu, həmişəyaşıl, müxtəlif rəngli, çox ətirli yarpaqlarla örtülü olan evkalipt bitkisi parklara, bağçalara, küçələrə zinət vermək və sitrus bağlarını, çay plantasiyalarını küləkdən qorumaq məqsədilə becərilir. (İ.Axundzadə).
Azərbaycan dilinin izahlı lüğəti