1. Bir əsərin ilk qarası, eskizi. □ Ulduz azad vaxtlarını daima ən kiçik otağında həvəskarı olduğu rəssamlığa sərf edər, müxtəlif etüdlər işlərdi. (Ə.Məmmədxanlı).
2. Ayrıca bir məsələyə həsr olunmuş kiçik ədəbi əsər. □ Bioqrafik etüdlər. Tənqidi etüd.
3. Məşq (musiqidə, səhnədə, şahmatda və s.-də).
4. Virtuoz mahiyyətində olan kiçik musiqi əsəri. □ Süita şəklində yazılmış çox hissəli musiqi əsərlərinə bəzən “eskiz” və ya “etüd” adı da verilir. (Ə.Bədəlbəyli).
1. Yaşayış binası, mənzil, otaq, ailənin yerləşdiyi yer, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. □ Kərpic ev. Daş ev. Evə getmək. Yaşayış evi. Altımərtəbəli ev. Boş evin qapısın qıfıllamazlar. (Atalar sözü).
2. Zəhmətkeşlərin hər hansı bir mədəni-məişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. □ Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi.
3. Ailə, oğul-uşaq, külfət mənasında. □ Evinə bağlı adam. Ev sözsüz olmaz, gor əzabsız. (Atalar sözü).
4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. □ Ev heyvanı. Ev quşu. Ev arısı. Canavardan ev iti olmaz, onunku meşəlikdir. (Atalar sözü). Ev buzovundan öküz olmaz. (Atalar sözü).
5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. □ Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri.
Həmçinin bax:
1. Evdən kiçik. □ Vaqif, sabah məni yola sal, gedim; Torpaq evciyimi ziyarət edim. (S.Vurğun).
2. Uşaqların qumdan, torpaqdan evciklər düzəldib oynadıqları oyun; evcik-evcik. □ Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. (S.S.Axundov).