1. Bir şəklin, rəsmin və yanonun bir hissəsinin ilk qaralaması, heykəltəraşlıq əsərinin kiçildilmiş miqyasda hazırlanan ilk nümunəsi, modeli, taslağı, bir musiqi əsərinin, ədəbi əsərin və ya onların hissələrinin ilk redaktəsi. □ Milli manatın eskizləri 1991-ci ilin sonlarında 1992-ci ilin əvvələrində hazır olub və çap üçün o zamankı prezident Ayaz Mütəllibov tərəfindən imzalanıb. Süita şəklində yazılmış çoxhissəli musiqi əsərlərinə bəzən “eskiz” və ya “etüd” adı da verilir. (Ə.Bədəlbəyli).
2. Bir şeyi düzəltmək üçün nümunə, əsas olan şəkil və s. □ Binanın eskizini. Paltarların eskizi. Dekorasiya eskizi.