1. Fəlsəfə. Epikür fəlsəfəsi tərəfdarı.
2. Məcazi mənada: zövq və nəşəni hər şeydən üstün tutan adam; kefcil, işrətpərəst. □ Epikürçü şair Abdulla bəy Asi şeirlərinin birində deyir: “Bir halda ki, şərab vaizlərin moizəsindən daha yaxşı insanın beynini işıqlandırır, necə ola bilər ki, belə bir şərabı içməyəsən?” (F.Köçərli).
1. Fəlsəfə. Qədim yunan materialist filosofu və ateisti Epikürün fəlsəfi nəzəriyyəsi. □ Epikürçülük b.e.ə. 341-270 illərdə yaşamış Epikürün (Epicurus) adı ilə bağlıdır.
2. Epikürün fəlsəfi nəzəriyyədən yanlış nəticə çıxaran, həyatın mənasını kefdə, eyş-işrətdə, rahat həyatda görən dünyagörüşü.
3. Məcazi mənada: eyş-işrətə, kefə, ləzzətli həyata meyil.
1. Qədim yunanlarda abidələr, binalar, hədiyyələr və s. üzərində yazılan yadigarlıq yazı. □ Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir. (Ə.Sultanlı).
2. Ədəbiyyatşünaslıq. Kiçik satirik şeir; həcv. □ Kallimaxın 6 himni və 78 epiqramı dövrümüzə qədər gəlib çatmışdır.
1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. □ Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. (Ə.Əbülhəsən).
2. Hadisələr silsiləsi içində bir vəqə, bədii əsərin bitmiş, müstəqil olan bir parçası. □ Əhvalatın ən romantik və dramatik epizodu. Romandan bir epizod danışdı.
3. Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. □ Baletin dərin humanist ideyası öz ifadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır.