1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. □ Onun bu gün gəlməsinə ehtimal çoxdur.
2. Modal söz kimi: yəqin ki, ola bilsin ki, mümkündür (çox vaxt "ki" bağlayıcısı ilə). □ Ehtimal ki, rəhbərlik bu qanunsuzluğa yol verməyəcək.
3. Güman, təxmin, təsəvvür, fərziyyə. □ Fəlakət zamanı ən kiçik ehtimal belə, insanda ümid yaradır.
1. Ağılın çətinliklə idarə edə bildiyi hiss. □ Ehtirasını saxlamaq.
2. Coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan. □ ..qapqara gözləri yenə şam kimi yandı. Bir ehtiras alovu ilə işıqlandı. (M.İbrahimov).
3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq. □ ..Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə bilmir, bəlkə həmin ehtiraslara azad imkanlar axtarır. (Ə.Sultanlı).
4. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil. □ Bədənim yandırır öz libasımı; Dəryalar söndürməz ehtirasımı. (M.Rahim).
1. Coşqunluqla, eşqlə, həyəcanla. □ Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. (İ.Şıxlı).
2. Hərisliklə, qızğınlıqla. □ Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna sarıldı. (M.İbrahimov).
1. Coşqun, həyəcanlı. □ Ehtiraslı nitq. Ehtiraslı mübahisə.
2. Bir şeyin dəlicəsinə aludəsi, həvəskarı, vuğunu olan. □ Ehtiraslı ovçu. Ehtiraslı oyunçu. Ehtiraslı futbol azarkeşləri.
3. Ehtirasla dolu; ehtiras, eşq ifadə edən, həris, düşkün. □ Ehtiraslı baxış.