Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

efemerlər [efemerrər] isim yunan

1. Botanika. Coğrafiya. Səhra, yarımsəhra, bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qrupu.

2. Sifət kimi məcazi mənada: ciddi əsası olmayan, üzdən gedən, kökü olmayan. □ Efemer yanaşma.

Həmçinin bax:

coğrafiya: efemer çay coğrafiya: efemer göl Azərbaycan dilinin izahlı lüğəti

efir [efir] isim yun. aither – yuxarı qat

1. Qədim yunanların təsəvvürünə görə, atmosferin ən yuxarı qatı, həm də ilahların yerləşdiyi məskən; bütün varlığın ilkin maddi elementi, əbədi hərəkət. □ Efir dalğaları.

2. Dünyanı əhatə edən fəza, radiodalğaların, televiziya və radioverilişlərin yayıldığı hava boşluğu. □ Efir vaxtı.

3. Kimya. Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir). □ Efir iyi.

4. Slenq. Əla, xoşagələn.

Həmçinin bax:

jurnalistika: birbaşa efir jurnalistika: efir yayımı jurnalistika: efir-kabel yayımı jurnalistika: efirlə bildiriş jurnalistika: qeyri-efir yayımı frazeologizm: efirə qoşulmaq Azərbaycan dilinin izahlı lüğəti

eklektika [ek'lek'tik'a] isim yun. eklektos – seçilmiş

Nəzəriyyələrdə, inam və əqidədə bütövlüyün, vahid yanaşma tərzinin, ardıcıllığın olmaması; sənət əsərlərində ayrı-ayrı üslubların üzdən və necə gəldi birləşdirilməsi. □ Fəlsəfi eklektika.

Azərbaycan dilinin izahlı lüğəti

eko... [ek'o] yun. oikos – ev, məskən, təsərrüfat

Bir çox sözlərə qoşularaq ətraf mühit və ya təsərrüfat, iqtisadiyyat mənalarını bildirən hissəcik; məs.: ekosistem, ekonomiks və s.

Azərbaycan dilinin izahlı lüğəti

ekogenez [ek'agenez] isim yunan

Ekologiya. Orqanizmlə mühit arasında ekoloji münasibətlərin inkişafı. □ Ekogenez problemləri.

Azərbaycan dilinin izahlı lüğəti

ekologiya [ek'alogiya] isim yunan

Ekologiya. Ətraf mühit və onun problemlərindən, heyvan və bitki orqanizmlərinin mühitlə qarşılıqlı münasibətindən bəhs edən elm və bilik sahəsi. □ Ekologiyanı qorumaq.

Həmçinin bax:

coğrafiya: coğrafi ekologiya coğrafiya: iqtisadi ekologiya coğrafiya: landşaft ekologiyası coğrafiya: radiasiya ekologiyası coğrafiya: şəhər ekologiyası coğrafiya: torpağın ekologiyası Azərbaycan dilinin izahlı lüğəti

ekonomiks [ek'anomik's] isim eko... + yun. nomos – qayda, qanun

Biznes qanunlarını, təsərrüfatı idarəetmə metodlarını və s. makromikro iqtisadi prosesləri elmi-nəzəri səviyyədə öyrənən sahə. □ Ekonomiksə aid jurnal.

Azərbaycan dilinin izahlı lüğəti

ekosistem [ek'osistem] isim yunan

Biologiya. Coğrafiya. Bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdiyi davamlı özünütənzimləmə sistemi. □ Dünya ekosistemi.

Həmçinin bax:

coğrafiya: lentik ekosistemlər coğrafiya: lotik ekosistemlər Azərbaycan dilinin izahlı lüğəti

eksklüziv [ek'sk'lüzif] sifət fr. exlusif – istisna olaraq nəyi isə icra etmək

Nəyinsə məxsusi olaraq (yalnız müəyyən bir subyekt üçün) təqdim, icra və ya ifa edilməsi; bir şeyin konkret şərait və məqsəd üçün icra olunması. □ Eksklüziv müsahibə.

Həmçinin bax:

jurnalistika: eksklüziv auditoriya jurnalistika: eksklüziv sponsor Azərbaycan dilinin izahlı lüğəti

ekshumasiya [ek'shumasiya] isim lat. ex... – “-dan2” şəkilçisi + humus – yer, torpaq

Məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədilə meyitin məzardan çıxarılması. □ Ekshumasiya prosesi.

Azərbaycan dilinin izahlı lüğəti

ekskurs [ek'sk'urs] isim lat. excursus – uçma, uçuş, geri çəkilmə

Hansısa məsələni aydınlaşdırmaq üçün mövzuya aid olan tarixçəyə müraciət; haşiyə çıxma. □ Keçmişə ekskurs etmək.

Azərbaycan dilinin izahlı lüğəti

ekspansiya [ek'spansiya] isim lat. expansio – genişləndirmək, yaymaq

Təsir dairəsini genişləndirmək. □ Siyasi ekspansiya.

Azərbaycan dilinin izahlı lüğəti

ekspatriasiya [ek'spatriyasiya] isim lat. ex... – “-dan2” şəkilçisi + patria – vətən, yurd

Məcburi şəkildə vətəndən sürgün; ölkədən çıxarılma. □ Adətən, ekspatriasiya vətəndaşlıqdan məhrumetmə ilə nəticələnir.

Azərbaycan dilinin izahlı lüğəti

ekspedisiya [ek'spedisiya] isim lat. expedire – hazır etmək

Müəyyən məqsəd üçün edilən səyahət, səfər. □ Folklor ekspedisiyası.

Azərbaycan dilinin izahlı lüğəti