Gerçəkləşdirilməsi böyük dövr üçün nəzərdə tutulan konseptual ideyalar sistemi; təhsil, elmi və ya fəlsəfi nəzəriyyə, siyasi sistem; konkret dövrdə və uyğun şəraitdə hökm sürən nəzəri və ya siyasi prinsip. □ Təhlükəsizlik doktrinası.
Həmçinin bax:
İdmançının orqanizminin fiziki gücünü müəyyən dövr üçün saxlayan, sinir sisteminin fəaliyyətini tez və müvəqqəti stimulyasiya edən narkoloji və digər üsullar; bədənə impuls verən müxtəlif stimulyatorlar. □ Dopinq qəbulu.
Azərbaycan dilinin izahlı lüğətiMüəssisə, idarə və təşkilatlara, yaxud ayrı-ayrı istehsalçılara zərərin ödənilməsi, xərc və gəlirlər arasındakı fərqin kompensasiya edilməsi üçün dövlət tərəfindən verilmiş qaytarılmayan pul vəsaitləri; əlavə ödəniş, maddi yardım. □ Dövlət dotasiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Dram sənəti. □ Dramaturgiya yaradıcılığı.
2. Dram əsərlərinin məcmusu. □ C.Cabbarlının dramaturgiyası.
3. Ayrılıqda götürülmüş kino və ya teatr əsərinin süjet-kompozisiya əsası. □ Filmin dramaturgiyası.
Azərbaycan dilinin izahlı lüğətiCoğrafiya. İqtisadiyyat. İnşaat. Torpağın açıq kanallar vasitəsilə qurudulması, tikintinin özülünün qoyulması üçün bataqlıqların qurudulmasında istifadə olunan kanallar, yeraltı arx və borular sistemi. □ Drenaj sistemi.
Tibb. Piltə çəkmə, piltə vasitəsilə yaradan irinin çəkilməsi və bu məqsəd üçün tətbiq edilən rezin, ya şüşə boru. □ Drenaj salmaq. Drenaj qoymaq.
Azərbaycan dilinin izahlı lüğəti