Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

demək1 [deməx'] feil

1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. □ Söz demək. Düzünü demək.
2. Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq. □ Müəllif öz əsərində deyir ki...
3. Nəql etmək, rəvayət etmək (adətən “ki” bağlayıcısı ilə); söhbət etmək, söz açmaq, danışmaq. □ Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı. (Mir Cəlal). Belə deyirlər ki...
4. Xəbər vermək, söyləmək, bildirmək; yetirmək, bildirmək, çatdırmaq. □ Sirri başqalarına demək. Mənim fikrimi ona de.
5. Əmr etmək, sərəncam etmək, tapşırmaq. □ Ona de ki, tez gəlsin.
6. Nəzmə çəkmək, şeir demək. □ Könlünü almaq üçün dörd misra dedim.
7. Avazla oxumaq. □ Bir-iki kəlmə demək.
8. Adlandırmaq, ad vermək. □ Buna nə deyərlər? Belə hərəkətə nə demək olar?
9. Məna vermək, mənasına gəlmək.
Bu söz nə deməkdir? Ərəbcə “həyat” dirilik deməkdir.
10. Dəlalət etmək, sübut etmək, ifadə etmək, göstərmək. □ Bu, o demək deyil ki...
11. “Dərs” sözü ilə – müəllimlik etmək, dərs vermək, öyrətmək. □ ...Şəmsiyyəyə dərs deməyə getdi. (M.İbrahimov).
12. Deyilməsi, bildirilməsi, xəbər verilməsi vacib olan. □ Daha deyəcək sözüm yoxdur.
13. İsim kimi: söylədiyim, söylədiyin, söylədiyi söz, fikir və s. (bəzən cəm şəklində işlənir). □ Dediyinə əməl etmək. Usta... dediklərinə yekun vurdu. (M.Hüseyn).
14. “Bir-bir” sözü ilə – sadalamaq, təfərrüatı ilə, ardıcıl surətdə hamısını söyləmək, bildirmək. □ Ürəyindəkiləri bir-bir demək.

15. İki şeyi eyniləşdirmə mənasında işlənir. □ Bakıya ali təhsil almağa getmək, Gülşad üçün dözülməz olan nənə və qardaş zülmündən xilas olmaq deməkdir. (Ə.Əbülhəsən).
16. Nəzərdə tutaraq, üz tutaraq, istiqamət götürərək. □ Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! (C.Məmmədquluzadə).
17. Hesab edərək. □ Bu üzü qarə könüldür məni rüsvay eləyən; O ki mən dust deyib tutmuş idim, düşmən imiş. (S.Ə.Şirvani).
18. “Durmaq” sözü ilə – daim təkrar etmək, söyləmək. □ Xatirinə dəyməsin, Ağa Dərviş, ...“fələk kəcrəftardır”, – deyib durursan. (N.Vəzirov).

demək2 [deməx'] modal söz 

Söylənmiş fikrə yekun vurmaq, onu xülasə etmək üçün işlənir; deməli, yəni bundan o nəticə çıxır ki. □ Siz hazırsınızmı, demək, gedə bilərik.

Həmçinin bax:

frazeologizm: adama gəl-gəl deyir frazeologizm: ağa ağ, qaraya qara demək frazeologizm: ağa qara demək frazeologizm: ağa qara, qaraya ağ demək frazeologizm: ağız deyəni qulaq eşitmir frazeologizm: ağlına gələni danışmaq (demək) frazeologizm: ağzına gələni demək frazeologizm: ağzından çıxanı demək frazeologizm: arxı tullanmamış “hop” demək frazeologizm: aya deyir, sən çıxma, mən çıxım frazeologizm: ayranına turş deməmək frazeologizm: babam mənə kor deyib, hər yetənə vur deyib frazeologizm: başqasının dediyi ilə oturub-durmaq frazeologizm: başqasının toyuğuna “kiş” deməmək frazeologizm: bəli deyib bəlaya düşmək frazeologizm: bir adamın toyuğuna “kiş” deməz (daş atmaz) frazeologizm: bir can deyib min can eşitmək frazeologizm: bir dediyini iki eləməmək frazeologizm: bir deyəndə biri də ağzından düşür frazeologizm: bir deyib beş gülmək frazeologizm: bir dəli şeytan deyir frazeologizm: bir şeir deyib qafiyəsində qalmaq frazeologizm: bir-iki ağız demək frazeologizm: can deyib can eşitmək frazeologizm: canım sənə desin frazeologizm: can-can demək frazeologizm: çox deyib az eşitmək frazeologizm: dava-dava demək frazeologizm: dediyi ilə oturub-durmaq frazeologizm: dediyi sözün üstündə durmaq frazeologizm: dediyində bərk durmaq frazeologizm: deməyə dili gəlməmək frazeologizm: desəm öldürərlər, deməsəm ölləm frazeologizm: desən, bazarın itləri də nişan verər frazeologizm: deyib gəlmək frazeologizm: deyirəm xədiməm, deyir neçə uşağın var frazeologizm: dəli şeytan deyir frazeologizm: dişinin dibindən çıxanı demək frazeologizm: dovşana qaç deyir, tazıya tut frazeologizm: düd deyincə vurmaq frazeologizm: gəl-gəl deyir frazeologizm: gözün üstə qaşın var deməmək frazeologizm: gözünün içinə demək frazeologizm: güldən ağır söz deməmək frazeologizm: heç kimin toyuğuna “kiş” deməmək frazeologizm: itin sözünü demək frazeologizm: qan-qan demək frazeologizm: qaraya ağ, ağa qara demək frazeologizm: qatığa qara demək frazeologizm: qızım, sənə deyirəm, gəlinim, sən eşit frazeologizm: qu desən, qulaq tutular frazeologizm: qurban demək frazeologizm: layla demək frazeologizm: ləbbeyk demək frazeologizm: mənəm-mənəm demək frazeologizm: mus-mus deyincə Mustafa de frazeologizm: nə ağ deyir, nə qara frazeologizm: nə desən çıxar frazeologizm: nə eləyim, necə eləyim deməyəsən frazeologizm: nəyə desən, dəyər frazeologizm: Nuh deyir, peyğəmbər demir frazeologizm: olmayacaq duaya amin demək frazeologizm: öl dediyi yerdə ölmək frazeologizm: öl deyəndə ölmək, qal deyəndə qalmaq frazeologizm: öz ayranına turş deməmək frazeologizm: özgəsinin toyuğuna “kiş” deməmək frazeologizm: özü deyib özü eşitmək frazeologizm: özündən demək frazeologizm: pula pul deməmək frazeologizm: sözü gözünün içinə demək frazeologizm: sözü havaya buraxmaq (demək) frazeologizm: sözünün canını deməmək frazeologizm: sözünün qabağında söz demək frazeologizm: su-su deyincə sumaq de frazeologizm: tır deyib gendə durmaq frazeologizm: uf demədən frazeologizm: uf deməmək frazeologizm: üzünə itin sözünü demək Azərbaycan dilinin izahlı lüğəti