Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dinamit [dinamit] isim yun. dynamis – güc

Xüsusi hazırlanmış nitroqliserin qarışığından ibarət partlayıcı maddə. □ Dinamitin ixtiraçısı və ilk kütləvi istehsalçısı Nobel mükafatı fondunun əsasını qoymuş Alfred Nobel olmuşdur.

Azərbaycan dilinin izahlı lüğəti

diplomat [diplamat] isim fr. diplomate – ikiqat bükülmüş kağız, sənəd

1. Xarici hökumətlərdə təmsil olunmaq, danışıqlar aparmaq və əlaqə saxlamaq üçün təyin olunmuş dövlət nümayəndəsi, diplomatiya fəaliyyətini həyata keçirən şəxs. □ Təcrübəli diplomat.

2. Yastı çamadan formasında portfel. □ Diplomat almaq.

3. Məcazi mənada: insanlarla xüsusi məharət və bacarıqla davranmaqla öz məqsədinə çatan adam. □ Diplomat olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

diplomatiya [diplamatiya] isim fr. diplomate – ikiqat bükülmüş kağız, sənəd

Dövlətin xarici siyasətini həyata keçirmək, xaricdə dövlətin mənafeyini qorumaq məqsədilə dövlət başçısının, hökumətin və xarici işlər üzrə xüsusi orqanların rəsmi fəaliyyəti. □ Diplomatiya bəzən xarici əlaqələr haqqında elm və ya danışıqlar aparmaq məharəti kimi də izah olunur.

Həmçinin bax:

frazeologizm: dollar diplomatiyası frazeologizm: kürü diplomatiyası Azərbaycan dilinin izahlı lüğəti

direktiv [direk'tif] sifət fr. directive < lat. dirigere – yönəltmək, istiqamətləndirmək

Sərəncam vermək hüququ olan, ali orqanların göstərişini əks etdirən (məktub, qərar və s.) □ Direktiv akt.

Azərbaycan dilinin izahlı lüğəti

dirijor [dirijor] isim fr. diriger – idarə etmək

Orkestr və ya xoru idarə edən musiqiçi. □ Simfonik orkestrin dirijoru.

Azərbaycan dilinin izahlı lüğəti

dis... [dis] lat. dis – pozulma, ayrılma, itki

Bir çox sözlərin əvvəlinə artırılaraq “məhrum olma” mənasını bildirən hissəcik.

Azərbaycan dilinin izahlı lüğəti

disk [disk'] isim yun. diskos – dairəvi boşqab

1. Dairəvi, yastı formada olan rəqəmli informasiya daşıyıcısı; mexanizmlərin yastı, dairəvi şəkildə olan detalı. □ DVD diski. Telefon diski.

2. İdman. Uzağa tullamaq üçün dairəvi idman aləti. □ Disk atmaq yarışı.

3. Astronomiya. Planetlərin Yerdən görünən hissəsi. Ay diskinin müşahidəsi.

Həmçinin bax:

jurnalistika: kompakt disk jurnalistika: optik disk jurnalistika: sərt disk Azərbaycan dilinin izahlı lüğəti

diskant [disk'ant] isim dis... + lat. canto – oxuyuram

Musiqi. Zil uşaq səsi; boy soprano. □ Diskant ifaçı.

Azərbaycan dilinin izahlı lüğəti

diskaunt [disk'aunt] isim dis... + count – saymaq, hesablamaq

Müxtəlif məqsədlərlə mal və xidmətlərin qiymətinin aşağı salınması, endirim, güzəşt. □ Bayram diskauntu.

Azərbaycan dilinin izahlı lüğəti

disket [disket] isim ing. diskette < yun. diskos – disk

Kompüter texnologiyasında istifadə olunan elastik diskli kaset; informasiya daşıyıcısı. □ Disketə informasiya yazmaq.

Azərbaycan dilinin izahlı lüğəti

diskoteka [disk'atek'a] isim yun. diskos – disk + theke – saxlanc

1. Müxtəlif səs və ya görüntü yazılmış disklərin saxlandığı yer. □ Diskotekaya giriş.

2. Əsasən, gənclər üçün diskdə yazılmış musiqilərin səsləndirildiyi rəqs zalı olan musiqi klubu; belə bir klubda rəqs və əyləncə axşamı. □ Diskotekada şənlik.

Azərbaycan dilinin izahlı lüğəti

diskreditasiya [disk'reditasiya] isim fr. discredit – etibardan salmaq

İnam və etimadı sarsıtma; hər hansı şəxsi və ya qurumu etibardan, nüfuzdan salmaq. □ Əməkdaşın diskreditasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

diskriminasiya [disk'riminasiya] isim lat. discriminatio – ayırmaq, ayrı-seçkilik

1. İrqindən, dinindən, milliyyətindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiya və ictimai birliklərdə təmsilçiliyindən asılı olaraq bir qrup şəxsin hüquqlarının məhdudlaşdırılması və ya tamamilə əlindən alınması. □ Siyasi diskriminasiya.

2. Beynəlxalq hüquqda – hər hansı bir dövlət, onun hüquqi və fiziki şəxsləri üçün daha məhdud hüquqların müəyyən edilməsi. □ Diskriminasiya siyasəti.

Azərbaycan dilinin izahlı lüğəti

diskussiya [disk'usiya] isim lat. discussio – müzakirə, təhqiqat

Hansısa məsələnin, problemin iclasda, mətbuatda və ya görüşlərdə müzakirəsi. □ Diskussiya aparmaq.

Azərbaycan dilinin izahlı lüğəti

diskvalifikasiya [disk'valifik'asiya] isim dis... + lat. qualis – keyfiyyət + facere – etmək

Peşəkar şərtləri və ya qaydaları pozduğuna görə ixtisasından, hansısa vəzifəni tutmaq, onu icra etmək hüququndan, idman yarışlarında iştirakdan məhrum edilmə. □ Diskvalifikasiya olunmaq.

Azərbaycan dilinin izahlı lüğəti