Su keçirməyən xüsusi paltarla suyun altına dalıb orada iş görən peşəkar işçi.
Dalğıcın işi, peşəsi, sənəti.
1. Dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul. □ ...uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. (S.Hüseyn). 2. Zərf kimi: dərin fikrə batmış, çox fikirli halda.
Bax: dalğınlaşmaq.
Dalğın olmaq, dərin fikirlərlə məşğul olmaq, çox fikirli olmaq. □ ...Kefi saz olan Şirzad bir az dalğınlaşdı. (M.İbrahimov).
Dalğın hal, fikirlilik. □ Kölgə düşmüş əsmər üzə o dalğınlıq çox yaraşır. (M.Dilbazi).
Çox fikirli halda. □ Dalğın-dalğın yerimək. Dalğın-dalğın baxmaq.
Geri. □ Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. (Q.Zakir).
Bax: daldalı.
1. Məcazi mənada: aqibət, son, nəticə; ard, mabəd, gerisi, dal. □ Lakin camaatın dalısı üzülmürdü. (Mir Cəlal). 2. Arxası, dalı. □ Uşağın dalısında, deyəsən, odun şələsi vardı. (Mir Cəlal).
Dalınca, ardınca, arxasınca. □ Qəfil bir sevgini dağdan qolayla; Sonra dalısınca ağla, deyiblər. (M.Araz).
Zoologiya. Onurğasız, yumşaqbədənli heyvanların (molyuskların) bir cinsi.
Dallarını dallarına çevirərək.
Dalları, budaqları olan. □ Dallı ağac.
Çoxlu budağı olan, qollu-budaqlı. □ Dallı-budaqlı ağac.