1. Coğrafiya. Su səthinin hərəkəti nəticəsində əmələ gələn böyük ləpə. □ Dənizdə dalğa var. Köpüklü dalğalar.
2. Geologiya. Fizika. Fiziki mühitdə titrəyişli hərəkət (çox vaxt cəm şəklində işlənir). □ Səs dalğaları. Elektromaqnit dalğaları.
3. Məcazi mənada: hərəkətdə olan kütlə, camaat, izdiham, axın mənasında. □ İnsan dalğası.
Həmçinin bax:
1. Dalğalı hala salmaq, dalğa kimi tərpətmək, ləpələndirmək; yelləndirmək, tərpətmək. □ Suyu dalğalandırmaq. Dənizi dalğalandırmaq. Külək bayraqları dalğalandırır.
2. Məcazi mənada: həyəcana gətirmək, hərəkətə gətirmək. □ İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmayır... (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti