Bir şeyin dadını dadıb alışmaq; bir şeyə adət etmək, öyrəşmək, adətkərdə olmaq, aludə olmaq (adətən arzu edilməyən bir şeyə). □ Motala dadanan köpək bir də gələr. (Atalar sözü).
Həmçinin bax:
1. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət. □ Dadaş, səsinə qurban olum! (Mir Cəlal).
2. Bəzən hörmət üçün, yaxud mehribanlıqla özündən böyüyə deyilir. □ Hacı Ramazan dadaşımızın fikrinə bir şey gəldi... (C.Məmmədquluzadə).