Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dalay-lama [dalay-lama] isim monq. lamaların tanrısı – hərf. rahib-okean

Tibetin Lamai kilsə başçısının titulu. □ Tibetin dini hakimi olan Dalay-lama dindarlar tərəfindən insan simasında canlı tanrı kimi qəbul edilir.

Azərbaycan dilinin izahlı lüğəti

daltonik [daltonik'] isim ing. Dalton xüs. məşhur ingilis kimyaçısı Daltonun adından

Anadangəlmə qüsur kimi rəngləri (daha çox qırmızı və yaşıl) dəyişik salan, onları bir-birindən normal fərqləndirə bilməyən, rəng seçməkdə çətinlik çəkən adam. □ Yeniyetmə daltonik.

Azərbaycan dilinin izahlı lüğəti

damba [damba] isim holland

Coğrafiya. Hər hansı bir yerin daşqından qorunması, çay axınının dəyişdirilməsi üçün bənd, hidrotexniki qurğu. □ Damba layihəsi.

Azərbaycan dilinin izahlı lüğəti

daşnak [daşnak'] isim erm. – tərəfdar olan

Öz fəaliyyətində zorakılığa, o cümlədən terrora üstünlük verən millətçi erməni “Daşnaksutyun” partiyasının üzvü. □ Daşnak düşüncəsi.

Azərbaycan dilinin izahlı lüğəti

daycest [daycest] isim ing. digest – külliyyat

Jurnalistika. Başqa KİV-lərdə işıq üzü görmüş materialların qısa məzmununu əks etdirən dövri nəşr və ya səhifə; daha çox əyləncə xarakterli yazı və ya videomateriallar toplusu. □ Qəzetdə daycest səhifəsi.

Azərbaycan dilinin izahlı lüğəti

de... [de] lat. de... – bölünmə, uzaqlaşma, geriləmə

Bəzi sözlərin əvvəlinə artırılaraq “uzaqlaşma”, “ayrılma”, “təxirə salma”, “geriyə hərəkət”, “aşağı enmək” mənalarını ifadə edən ön şəkilçi; məs.: demilitarizasiya və s.

Azərbaycan dilinin izahlı lüğəti

debat [debat] isim fr. debats < debattre – mübahisə etmək, fikir bildirmək

1. Hər hansı mübahisəli məsələ ilə bağlı aparılan diskussiya forması. □ Debata qoşulmaq.

2. Pedaqogika. Şagirdlərdə şifahi nitqi, fikrini əsaslandırmaq bacarığını və tənqidi təfəkkürü inkişaf etdirmək məqsədilə tətbiq olunan təlim üsulu. □ Adi mübahisədən fərqli olaraq debatın dəqiq formatı və reqlamenti olmalıdır.

Həmçinin bax:

jurnalistika: internet debatları Azərbaycan dilinin izahlı lüğəti

debüt [debüt] isim fr. debuthərf. başlanğıc

Hər hansı sahədə – elmdə, bədii yaradıcılıqda, idmanda və s. ilk çıxış; müəyyən bir sahədə fəaliyyətin başlanğıcı; məs.: aktyorun səhnədə ilk rolu, aparıcının ekrana ilk çıxışı və s. □ Pianoçunun debütü.

Azərbaycan dilinin izahlı lüğəti

deduksiya [deduk'siya] isim lat. deductio – çıxarmaq, çıxış

Cəmdən təkə, ümumi mühakimədən xüsusiyə keçmək üçün məntiqi bağlılıq; induksiyanın əksi. □ Deduksiya metodu.

Azərbaycan dilinin izahlı lüğəti

de-fakto [de-fak'to] isim lat. de facto – iş başında

Faktiki mövcud olan; beynəlxalq hüquqda dövləti və ya hökuməti qeyri-hüquqi tanıma formalarından biri. □ De-fakto natamam tanınmadır.

Azərbaycan dilinin izahlı lüğəti

defekt [defek't] isim lat. defectus – çatışmazlıq

Nəzərə çarpan eyib, nöqsan, qüsur, zədə. □ Maşının defekti.

Azərbaycan dilinin izahlı lüğəti

definisiya [definisiya] isim lat. definitio – tərif, qısa məzmun

Predmet və ya hadisənin əsas mahiyyətini yığcam şəkildə əks etdirən izah, şərh, tərif; məzmunun tərif formasında qısaca ifadəsi. □ Dəqiq definisiya.

Azərbaycan dilinin izahlı lüğəti

defisit [defisit] isim lat. deficit – qıt, çatışmayan

1. Bazarda hər hansı əmtəənin çatışmazlığı, bir şeyin qıtlığı. □ Mal defisiti.

2. Xərcin gəlirdən çox olması, zərərlə göstərilən fəaliyyət. □ Defisit Azərbaycan dilində “kəsir” anlayışına sinonim kimi işlədilir.

Azərbaycan dilinin izahlı lüğəti

deformasiya [defarmasiya] isim lat. deformatio – təhrif etmə

Pozulma; xarici təsirin və ya temperaturun dəyişməsi nəticəsində cismin ölçü və formasının dəyişməsi. □ Kinolentin deformasiyası.

Həmçinin bax:

coğrafiya: tektonik deformasiya Azərbaycan dilinin izahlı lüğəti

dekada [dek'ada] isim yun. deka – on

1. On günə bərabər olan zaman kəsiyi, ongünlük. □ Ayın ilk dekadası.

2. Hər hansı ictimai və ya mədəni hadisəyə həsr olunmuş, on gün davam edən tədbirlər silsiləsi. □ Yapon filmləri dekadası.

Azərbaycan dilinin izahlı lüğəti