Bütün camaat üçün, hamı üçün; camaata məxsus, ellik. □ Bu tibb məntəqəsi camaatlıq idi.
Hamamda paltarabaxan, paltarsaxlayan xidmətçi. □ Camadarın şahlığı hamamçılıqdır. (Atalar sözü).
Camadarın işi, peşəsi. □ İyirmi il idi ki, pulu camadarlıqdan çıxırdı.
Arxaizm. Yorğan-döşək, sandıq və s. qoymaq üçün divarın içində açılan dördkünc oyuq. □ Camaxatandan qonaqların sayı qədər yorğan-döşək götürdü.
Camaxatanı olan. □ Bu kənddə camaxatanlı evlər çox idi.
Gözəllik, üz gözəlliyi. □ Camal gedər kamal gələr. (Atalar sözü). Camalı və gözəlliyi ilə hər kəsin qəlbini fəth edirdi.
Gözəl, göyçək, qəşəng, gözəlüzlü. □ Gənc qız o qədər camallı, gözəl idi ki, bir baxan dönüb bir də baxırdı.
1. Alt paltarı, köynək-tuman, dəyişək; ümumiyyətlə paltarlar. □ Yuyulmuş, təmiz camaşırları asmaq üçün həyətə çıxdı. 2. Döşəkağı, yastıqüzü, yatacaq ağı. □ Camaşırları zivəyə sərdi.
Camaşır yumaqla məşğul olan adam. □ Camaşırçı qız. Camaşırçı çirkli camaşırları yumaq üçün yuyucu toz aldı.
Camaşırçı işi. □ Gülçöhrə özünü tanıyandan camaşırçılıqla məşğul idi.
Paltar yumağa məxsus yer, paltar yumaqla məşğul olan müəssisə. □ Çirkli döşəkağları və paltarlarını yudurtmaq üçün camaşırxanaya gətirdi.
Arxaizm. Paltar, camaşır. □ Qoysun başına molla gərək üç pud əmmamə; Yay, qış ola əynində onun bir cürə camə. (Ə.Qəmküsar).
Qısaboyunlu, irigövdəli gövşəyən ev heyvanı. □ Balıq başından iylənər, camış ayağından. (Atalar sözü).
Camışçılıq mütəxəssisi, camış saxlamaqla, camışçılıqla məşğul olan adam. □ Güllü bacı kəndin məşhur camışçısı idi.
Camış yetişdirmə, camış saxlama. □ Bizim kənddə camışçılıq təsərrüfatı çox inkişaf edib.