1. Bu dünyada günah işlər görmüş adamların öldükdən sonra əbədi əzab çəkəcəkləri yer. □ Can sənin, cəhənnəm allahın. (Atalar sözü).
2. Məcazi mənada: son dərəcə əzablı, əziyyətli, işgəncəli, dözülməz şərait, mühit haqqında. □ O ili bağ mövsümü mənim üçün bir cəhənnəm kimi keçdi. (S.Hüseyn).
3. Dözülməz dərəcədə isti yer. □ Yayı cəhənnəm qədər isti olan... bu qəsəbədən milyonlarla adam keçmişdir. (Ə.Əbülhəsən).
Həmçinin bax:
1. Vulqarizm. Cəhənnəm kimi; dəhşətli (qarğış, söyüş). □ Bəli, cəhənnəmlik Nikolayın babası bizim babaları bu yerlərə sürgün etmişdi. (M.Rzaquluzadə).
2. Cəhənnəmi andıran, cəhənnəm kimi; dəhşətli. □ Mənim bu gün cəhənnəmlik duman almış yollarımı; Bir əzrail pəncəsi ki, sarmış cansız qollarımı. (Ə.Cavad).
1. Tərəf, yön, səmt. □ Cəhətləri seçmək çətin idi. Nəriman dönüb dala baxanda gəldiyi yerin də izini itirmiş gördü. (Mir Cəlal)
2. Bir şeyin tərkib hissəsi, elementi. □ Məfhumun iki cəhəti.
3. Bir şeyə aid olan, onu səciyyələndirən keyfiyyət, əlamət, xüsusiyyət. □ Əsərin kompozisiya cəhəti. Filmin bədii cəhəti. Layihənin texniki cəhəti.
4. Səbəb bildirir – görə. □ ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. (S.S.Axundov)
Həmçinin bax: