1. Bəzi yağlı bitkilərin yağını sıxıb çıxardıqdan sonra qalan toxumu, qalıqları. □ Qarğıdalı cecəsi. Zeytun meyvələrinin yağı çıxarıldıqdan sonra yerdə qalan cecə heyvanların yemlənməsi üçün işlədilir. (İ.Axundzadə).
2. Meyvənin yeyilməyən iç hissəsi, toxumlu hissəsi, puçal. □ Heyva cecəsi.
Azərbaycan dilinin izahlı lüğətiArasına yorğan-döşək və s. yığmaq, döşəməyə salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtəlif rəngli iplərdən toxunan zolaqlı, yaxud naxışlı döşənəcək. □ Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib, söhbətə məşğul olduq. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Zoologiya. Antilop cinsindən irigözlü, incəayaqlı, sürətlə qaçan zərif heyvan. □ Yerdən ayağını quş kimi üzüb; Yay kimi dartınıb, ox kimi süzüb; Yenə öz sürünü nizamla düzüb; Baş alıb gedirsən hayana, ceyran? (S.Vurğun).
2. Təşbehlərdə gözələ işarə.
Həmçinin bax: