Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cakuzi [cak'uzi] isim ing. Cakuzzixüs. sahibkar qardaşlar olan R. və K.Cakutsinin adından

Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna. □ Müxtəlif ölçülərdə olan cakuzilər sualtı masaj üçün istifadə edilir.

Azərbaycan dilinin izahlı lüğəti

came1 [ca:me] ərəb

1. Arxaizm. Sifət kimi: toplayan, cəm edən.

2. Arxaizm. İsim kimi: toplama yeri.

3. Arxaizm. Sifət kimi: İçinə alan, ibarət olan.

4. Arxaizm. İsim kimi: yekun.

came2 [ca:me] isim ər. – məscid

Müsəlmanların Allaha ibadət etdikləri yer; dini ayinlərin icra olunduğu, Qurani-Kərimin ucadan qiraət edildiyi, camaat üçun xütbə oxunduğu, dini əxlaqın təlqin olunduğu bina; böyük məscid. □ Sultan Əhməd camesi.

Azərbaycan dilinin izahlı lüğəti

caz-rok [caz-rok'] isim ing. jazz-rock – caz və rokun sintezi

Musiqi. 1960-cı illərin sonundan başlayaraq caz və rokun sintezindən yaranmış, rokun ritmik xüsusiyyətləri ilə caz improvizasiyasını özündə birləşdirmiş yeni musiqi cərəyanı. □ Caz-rok ifaçısı.

Azərbaycan dilinin izahlı lüğəti

cekpot [cek'pot] isim ing. jackpot < jack – valet + pot – ortaya qoyulan məbləğin həcmi

Əvvəlki tirajda udulmamış (oynanılmamış) məbləğin sonrakı ilə birləşdirilməsi hesabına lotereyada ən böyük uduş; böyük məbləğdə uduş. □ Cekpot uduşu.

Azərbaycan dilinin izahlı lüğəti

centlmen [centilmen] isim ing. gentleman < gentilis – irqə aid + man – kişi

Kübar cəmiyyətin bütün nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən kişi; öz ciddi, zövqlü geyimi, incə davranışı ilə fərqlənən, sözünün yiyəsi olan, nəzakətli, tərbiyəli adam. □ Centlmen sözü.

Həmçinin bax:

frazeologizm: centlmen razılaşması Azərbaycan dilinin izahlı lüğəti

cihad [cihat] isim ər. – savaş, müharibə

Döyüş, müharibə; dini əqidə uğrunda müharibə, dini yaymaq yolunda səfərbərlik. □ Cihad çağırışı.

Azərbaycan dilinin izahlı lüğəti

cin1 [cin] isim ərəb

1. Nağıllara və bəzi inanclara görə gözə görünməyən varlıq, mövhumi bir məxluq. □ Hələ uşaqlıqda eşitmişdi ki, boş çöllər cinlərlə dolu olur. (M.İbrahimov).

2. Məcazi mənada: xırdaca, cılız, lakin çevik, zirək uşaq haqqında. □ Elə bil bu uşaq cindir.

cin2 [cin] isim ing. gin – məhlul

Qərbi Avropada və ABŞ-da yayılmış ardıc arağı. □ Cin bir qayda olaraq, su ilə (toniklə) qatılıb içilir.

Həmçinin bax:

frazeologizm: cındırından cin ürkmək frazeologizm: cin atına minmək frazeologizm: cin ayrı, şeytan ayrı frazeologizm: cin başına vurmaq frazeologizm: cin dalamaq (vurmaq) frazeologizm: cin düyünü frazeologizm: cin oyununa düşmək frazeologizm: cinə dəmir göstərmək frazeologizm: cini tutmaq frazeologizm: cini yatmaq frazeologizm: gözlərindən cin yağmaq frazeologizm: sir-sifətindən cin yağmaq frazeologizm: üst-başından cin ürkmək Azərbaycan dilinin izahlı lüğəti

cinql [cinql] isim ing. jingle – cingilti

Reklam anonslarını müşayiət edən və tez-tez təkrarlanan qısa musiqi çağırışı. □ Cinqldən istifadə reklamçılara satılan məhsullar barədə informasiyanı auditoriyaya daha yaddaqalan və olduqca yığcam bir işarə ilə çatdırmağa imkan verir.

Azərbaycan dilinin izahlı lüğəti

cip [cip] isim ing. jeep < GP general purpose – ümumi təyinatlı

Universal kuzovlu, hər cür yolda və ya yolsuzluq şəraitində hərəkət edə bilən avtomobil. □ Cip sürmək.

Azərbaycan dilinin izahlı lüğəti

coker [coker] isim ing. jokerhərf. zarafatcıl adam

Kart oyunlarının bəzi növlərində (məs.: poker və s.) paylanan dəstdə istənilən kartı əvəz edə bilən əlavə xüsusi kart. □ Coker çıxarmaq.

Azərbaycan dilinin izahlı lüğəti

cüdo [cüdo] isim yap. dzü-do – yumşaq yol

Yapon döyüş sənəti, müasir dövrdə geniş yayılmış əlbəyaxa döyüş növü. □ Cüdo XIX əsrin sonunda yapon əlbəyaxa döyüş ustası Dziqoro Kano tərəfindən qədim döyüş növü olan “ciu-citsu” əsasında yaradılmışdır.

Azərbaycan dilinin izahlı lüğəti