1. Su heyvanlarını və bitkilərini saxlamaq, yaxud çoxaltmaq üçün xüsusi şüşə qab. □ Balıq akvariumu.
2. Pedaqogika. Təlim üsulu, müzakirə, diskussiya forması. □ Akvarium üsulunda iştirakçılar iki qrupa bölünüb iç-içə olan dairələr şəklində otururlar.
Azərbaycan dilinin izahlı lüğəti1. Dilçilik. Şəkilçilərin sabit söz kökünə qoşulması; söz kökü ilə şəkilçinin dəqiq ayrılması. □ Türk və fin-uqor dilləri aqlütinativ dillər qrupuna daxildir.
2. Dilçilik. Adətən, yanaşı gələn iki sözün bir-birinə qovuşaraq bir söz şəklinə düşməsi; məs.: “bildir” (bir+ildir), “bilərzik” (bilək+üzük) və s. □ Aqlütinativ sözlər.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir dövlətin başqa dövlətin (xalqın, millətin) ərazi toxunulmazlığına və siyasi müstəqilliyinə qəsd etməsi. □ Aqressiya nümayiş etdirmək.
2. Etik normalara zidd olan, ətrafdakılar üçün fiziki təhlükə və ya psixoloji diskomfort yaradan emosional davranış.
Azərbaycan dilinin izahlı lüğəti1. Riyaziyyat. Hər hansı məsələnin həlli üçün qəti müəyyən olunmuş qaydalar üzrə ardıcıl tətbiq edilən əməliyyatlar sistemi. □ Alqoritm qurmaq.
Həmçinin bax: