Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

akkreditasiya [ak'reditasiya] isim lat. accredo – etimad göstərmək

1. Hər hansı ölkənin və ya təşkilatın təmsilçisinin xarici nümayəndə qismində qeydə alınması və tanınması; mətbuat nümayəndələrinin informasiya almaq üçün müvafiq orqanda qeydiyyatdan keçməsi. □ Akkreditasiya olunmaq.

2. Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyətin həyata keçirilməsinin rəsmən tanınması. □ Akkreditasiyadan keçmək.

Azərbaycan dilinin izahlı lüğəti