1. Hər hansı xidməti və ya xüsusi tapşırığı yerinə yetirən, başqasının göstərişi ilə (gizli, yaxud açıq) iş görən şəxs; casus. □ Xarici kəşfiyyatın agenti.
2. Reklam, sığorta, kommersiya təşkilatının sifarişçi ilə əlaqə saxlayan əməkdaşı. □ Reklam agenti.
Həmçinin bax:
1. Mərkəzi idarə və ya müəssisənin yerlərdə olan şöbəsi, nümayəndəliyi, müvəkkilliyi. □ Regional agentlik.
2. Müəyyən sahə üzrə ixtisaslaşmış qurum, təsisat. □ Müəllif Hüquqları Agentliyi. İnformasiya agentliyi. Reklam agentliyi.
Həmçinin bax:
1. Qar, süd, təbaşir rəngli. □ Ağ saç. Ağ köpük.
2. Təmiz, yazılmamış. □ Ağ kağız. Ağ dəftər.
3. Məcazi mənada: ifrat, mübaliğəli, açıqdan-açığa. □ Ağ yalan. Ağ böhtan.
4. Ağ irqə mənsub olan, avropalı.
1. Ağ rəngli bez və s. parça. □ Köynəklik ağ. Ağdan tikilmiş köynək. Mələfəlik ağ.
2. Kəfən. □ Ölünü ağa bükdülər.
Tibb. İsim kimi: gözün buynuz qişasında əmələ gələn ağımtıl ləkə (xəstəlik). □ Gözünə ağ gəlmək.
Klassik ədəbiyyatda: tor. □ Dağ maralı kimi sərsəm gəzən yar; Axır rast gələrsən sən ağa qarşı (Aşıq Fətəli).
Həmçinin bax: