Yoxsullaşmış, maddi cəhətdən çətinlik çəkən.
Həmçinin bax:
1. Yoxsul, əlində heç bir şeyi olmayan, heç bir şeysiz; fəqir. □ Əliboş adam.
2. Zərf kimi: əlində heç bir şey olmadan, özü ilə heç bir şey götürmədən. □ Xəstənin yanına əliboş getmək yaxşı deyil.
3. Zərf kimi: işsiz, bikar. □ Əliboş qalmaq.
4. Zərf kimi məcazi mənada: əlində heç bir silah olmadan, silahsız-yaraqsız. □ Canavarlara qarşı əliboş çıxmaq.
5. Zərf kimi məcazi mənada: heç bir ov ələ keçirmədən. □ Ovdan əliboş qayıtmaq.
Həmçinin bax:
1. Məcazi mənada: düz, şax, şaquli mənasında. □ Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. (M.V.Vidadi).
2. Ərəb əlifbasının “ا” şəklində yazılan birinci hərfinin adı. □ Mirzə Həsən: – Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "a" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik. (C.Məmmədquluzadə).
Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. □ Əlif yağı.
Həmçinin bax:
1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. □ Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası.
2. Əlifbanı öyrədən kitab. □ Əlifba kitabı.
3. Məcazi mənada: ən bəsit, ən sadə, hamıya məlum olan şey. □ Bu, riyaziyyatın əlifbasıdır.