Üç planı, üç tərəfi olan; üç planda yerləşmiş. □ Üçplanlı dekorasiya.
1. Üç pud ağırlığında olan, üç pud tutan.□ Üçpudluq daş. Üçpudluq kisə.
2. İsim kimi: üç pud ağırlığında olan çəki daşı. □ Üçpudluğu qapana qoymaq.
Üç rəqəmdən ibarət olan. □ Üçrəqəmli ədəd.
Boya tərkibi üç rəngdən ibarət olan, yaxud üç müxtəlif rəngli hissədən ibarət olan. □ Üçrəngli bayraqcıq. Üçrəngli çiçək.
Üç saat davam edən və ya davam etmiş, üç saat üçün müəyyən edilmiş; üç saat vaxt tələb edən. □ Üçsaatlıq iş. Üçsaatlıq iclas.
1. Musiqi. Üç səslə oxunan, üç səs üçün yazılmış. □ Üçsəsli xor.
2. Musiqi. İsim kimi: üç səslə oxunan, üç səs üçün yazılmış. □ Major üçsəslisi.
Musiqi. Üç simi olan. □ Üçsimli musiqi aləti.
Arxaizm. Üç sinifdən ibarət olan. □ Üçsinifli məktəb.
Arxaizm. 15 qəpiklik sikkə (pul).
Musiqi. Üç takt davam edən, üç taktdan ibarət olan. □ Üçtaktlı fasilə.
Üçtarlalıq əsasında olan. □ Üçtarlalı əkin sistemi.
Əkin yerini üç hissəyə bölüb bir hissəsini əvvəlcə payızlıq, sonra yazlıq əkməkdən, üçüncü il isə herikə qoymaqdan ibarət köhnəlmiş növbəli əkin üsulu.
Üç tərəfin iştirakı ilə olan, hər üç tərəf üçün məcburi olan; qarşılıqlı. □ Üçtərəfli müqavilə. Üçtərəfli danışıqlar.
Üç tini olan; üçüzlü. □ Üçtinli süngü.
1. Üç ton ağırlığında yük götürən. □ Üçtonluq avtomobil.
2. Üç ton ağırlığında olan. □ Üçtonluq yük.
3. Üç ton tutan. □ Üçtonluq çən.