Bax: tərəfgirlik.
1. Aşkar, bəlli, açıq, açıqdan-açığa, açıq-aşkar. □ Üzgörə ədavət.
2. Zərf kimi: aşkar, bəlli, açıq, açıqdan-açığa, açıq-aşkar. □ Üzgörə düşmənçilik etmək.
Etnoqrafiya. Təzəbəyin ilk dəfə təzəgəlinlə görüşərkən ona verdiyi hədiyyə. □ Gəlin ayağını bəyin ayağının üstə qoyduqda bəy də başa düşərdi ki, gəlin ondan üzgörümçəyi istəyir. (H.Sarabski).
Bax: üzəçıxma.
1. Sifət, üz. □ Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. (S.Rüstəm).
2. Sir-sifət, zahiri sima, üzün ifadəsi. □ Üz-gözündən düz adama oxşamır.
Həmçinin bax:
1. Suda üzməyi bacaran adam, üzən adam; üzən, üzücü. □ Üzgüçü bir əlilə qucaqlayıb, o biri əlilə sahilə doğru üzməyə başladı. (M.Hüseyn).
2. Üzgüçülüklə məşğul olan idmançı. □ Üzgüçülərin yarışı.
Suda üzmə, suyun üzərində və ya altında hərəkət etmə, üzmə. □ Sualtı üzgüçülük.
Taqətsiz, yorğun, üzülmüş, əldən düşmüş, zəif, üzük. □ ...onra üzgün bir halda cavab verdi. (H.Seyidbəyli).
Bax: üzgünləşmək.
Üzgün hala gəlmək, taqətdən düşmək, yorulmaq, üzülmək, əldən düşmək, zəifləmək.
Taqətsizlik, yorğunluq, zəiflik, əldən düşmə. □ ...Birdən Səməd bədənində zəiflik, üzgünlük hiss etdi. (İ.Hüseynov).
Bax: üzləmək.
1. Üz çəkmək, üzünə bir şey yapışdırmaq, çəkmək. □ Divarı ağ daşla üzləmək. Meydanı mərmərlə üzləmək.
2. Torpağı üzdən şumlamaq, təpmək, yumşaltmaq.
3. Bir şeyin ən yaxşılarını, ən irilərini seçmək, ayırmaq.
Bax: üzlənmək.