Başı yumru ağac; dəyənək. □ Çomaqla ilanı öldürmək.
Həmçinin bax:
1. Çiçək xəstəliyindən üzdə qalan kələ-kötür, nahamarlıq, dəlmə-deşik. □ Gülbadamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi, çünki onun böyük, ala, uzun-kirpikli gözləri üzünün tamam eybini örtürdü. (N.Nərimanov).
2. Sifətində belə kələ-kötür, dəlmə-deşik olan adam. □ ..Dünyanın çopuru elə mənə qalmışdı. (S.S.Axundov).
3. Sifət kimi: sifətində belə kələ-kötür, dəlmə-deşik olan. □ Rota komandiri gəlib çıxdı. Bu, boyca gödək, çopur, gursəsli Zaman idi. (Ə.Vəliyev).