qüsurlu, mənasız və rabitəsiz danışmaq, fikrini ifadə edə bilməmək; ~ sözü çeynəmək, ağzından söz tökülmək.
danışmağa tənbəllik etmək, danışmağa can çəkmək.
gizli saxlanılan bir şeyi bilmədən demək, istəmədən, fikirləşmədən, qeyri-ixtiyari bir sözü dilinə gətirmək; ~ söz qaçırtmaq, ağzından yersiz söz qaçırmaq, dilindən qaçırmaq.
hədələyici tərzdə danışmaq, danışığı ilə münaqişəyə əsas vermək, dalaşmaq istəmək.
bax: ağzını qıfıllamaq (möhürləmək).
qəzəbli, hədələyici tonda danışmaq; səlis, bəlağətli, odlu-alovlu danışmaq.
bax: ağzından qaçırmaq.
rabitəsiz, əlaqəsiz danışmaq, səlis, aydın danışa bilməmək; ~ ağzından horra tökülmək.
hələ uşaq kimi qalmaq, təcrübəsiz olmaq; ~ dimdiyinin sarısı getməyib, dınq eləyib yumurtadan çıxıb.
danışığını davam etdirməyə qoymamaq, susdurmaq, sözünü yarıda kəsmək; ~ sözünü ağzında qoymaq, sözünü kəsmək, səsini kəsmək, ağzının üstündən vurmaq.
danışarkən ciddi səhvə yol vermək; ~ quş buraxmaq, ağzından qaçırmaq.
kiminsə deyinməsinə, kobud danışmasına, pis sözlər söyləməsinə səbəb olmaq, xoşagəlməz söhbətlərə şərait yaratmaq.
dayanmadan söymək, hirsli, kobud danışmaq.
danışmağa başlamaq; sərt cavab vermək, ittiham etmək.
düşünmədən, yerli-yersiz danışmaq; ~ ağzına gələni danışmaq, ağzını boş qoymaq, sözünün dalını-qabağını bilməmək, ağzının sözünü bilməmək.