kiminsə həyatına, irəliləməsinə ciddi mane olmaq; ~ yoluna çıxmaq.
işləri alınmamaq, uğursuzluğa düçar olmaq, işi avand olmamaq; ~ nəhs gətirmək, qabağından qara pişik keçmək.
problemi həll olunmaq, maneələri aradan qaldırmaq, işləri düzəlmək; ~ yolu açılmaq.
sağalmaq; ~ azardan qalxmaq, yataqdan qalxmaq.
bərk azarlamaq, ağır xəstələnmək; ~ yatağa düşmək, xəstə düşmək (yatmaq), döşəyə düşmək.
yorulmaq; ~ las qalmaq.
birinin pis vəziyyətini və yaxud uğursuzluğunu ələ salıb gülmək.
istirahət etmək, dincəlmək; ~ dincini almaq, nəfəsini dərmək.
bax: yerini şirin salmaq.
dilemma qarşısında qalarkən, yəni iki imkandan birini seçmək zərurəti yaranarkən işlədilən ifadə; odla su arasında qalmaq.
bax: yuxarı baxıram, bığdır, aşağı baxıram, saqqal.
bəyənməmək, saymamaq, etina etməmək.
təkəbbürlü olmaq, aşağılamaq, saymamaq.
lovğalıq, yekəxanalıq etmək, təkəbbürlü olmaq; ~ göylə getmək.
yorğunluqdan gözləri yumulmaq, yuxulamaq; ~ yuxuya getmək, mürgü döymək (vurmaq).