öyrətmək, bələdçilik etmək, istiqamətləndirmək, yönəltmək, məsləhət vermək; ~ ağıl vermək, irəli düşmək, istiqamət vermək, qabağına düşmək.
bir tərəfə yönələrək getmək; ~ yol almaq.
həsrətində olmaq, kiminsə gəlməsini istəmək; ~ gözünün kökü saralmaq.
quldurluq etmək, soyğunçuluqla məşğul olmaq.
etibarsız və kəmfürsət olmaq.
bir yerə çox gedib-gəlmək; boş yerə, səmərəsiz ayaq döymək; ~ yol yormaq, yol ağartmaq, təpik döymək.
1. Bir tərəfə istiqamət götürmək, getməyə başlamaq.
2. Münasibəti dəqiqləşdirmək, mövqe seçmək.
səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq.
mane olmamaq, şərait yaratmaq; ~ meydan vermək.
bax: yol ölçmək.
bax: yola düzəlmək.
getməyə başlamaq, səfərə çıxmaq; ~ yola çıxmaq, yola düşmək, yolun ağına düşmək, yolu əlinə almaq, yol almaq.
bir-birini anlamaq, güzəştə getmək, bir-biri ilə yaxşı rəftar etmək, xasiyyətləri tutmaq; ~ dil tapmaq.
xahişdən, nəsihətdən, söhbətdən sonra deyilən fikirlərlə razılaşmaq; ~ razılıq vermək, daşı ətəyindən tökmək, quzuya dönmək.