bax: sözünün üstündə durmaq (dayanmaq).
fikrini yarımçıq söyləmək, eyhamla, işarə ilə kifayətlənmək, əsl mətləbi üstüörtülü saxlamaq; ~ oxu atıb yayını gizlətmək.
verdiyi sözü yerinə yetirməmək, sözünün üstündə durmamaq; ~ vədinə xilaf çıxmaq, əhdindən dönmək, söz verib arxasından qaçmaq.
fikirləşmədən, yerli-yersiz danışmaq, dediyi sözün məsuliyyətini dərk etməmək; ~ ağzını Allah yoluna qoymaq, ağzına gücü çatmamaq, danışığını bilməmək, ağzına yiyəlik etməmək, ağzının sözünü bilməmək, ağzına gələni danışmaq.
bax: sözü keçməmək.
birinin fikrinə qarşı çıxmaq, dediyinə etiraz etmək, əks fikir söyləmək.
deyəcəyi əsas fikir, sözünün canı.
verdiyi sözə əməl etmək; ~ fikrində durmaq, fikrinin üstündə durmaq, sözünə düz çıxmaq, sözünün ağası olmaq, sözünün yiyəsi olmaq, sözü bir olmaq, sözü söz olmaq, ilqarına düz çıxmaq.
barəsində danışıldığı zaman söhbət yerinə gəlib çıxmaq; ~ adını çək, qulağını bur.
danışarkən ədəb-ərkan gözləmək, yersiz ifadələrə yol verməmək; ~ sözünə fikir vermək.
bax: sözünün ağası olmaq.
kiçik bir yerdə böyük və mənasız hay-küy.
düşdüyü psixoloji gərginliyi dəf etmək, davamlı psixoloji üzüntünü müxtəlif üsullarla aradan qaldırmaq.
keçirdiyi psixoloji sarsıntıdan qurtulmaq üçün xoşuna gələn, qəlbini rahatlandıran hansısa əyləncəli işlə məşğul olmaq.
bax: kreslo davası.