danışıqla başını qatmaq, danışıb vaxtını almaq.
mövzunu başqa istiqamətə yönəltmək, əsas fikirdən yayınmaq, əsas məsələdən deyil, başqa şeylərdən danışmaq; ~ söhbətin ağzını əymək, söz azdırmaq (dəyişmək), aralığa söz qatmaq.
söhbətin nədən getdiyini anlamamaq; ~ təkərə düşmək; sözləri uyğun gəlməmək, bir-birini başa düşməmək.
söhbəti yanlış istiqamətə yönəltmək, mövzunu dəyişdirmək; ~ söz arasına söz qatmaq, söhbəti fırlatmaq.
bax: sözün təkinə getmək.
haqqında danışmağa başlamaq; ~ söhbət açmaq, söz salmaq.
“aydın danışa bilməmək, mızıldamaq”, “diksiyası zəif olmaq” mənalarında işlədilən ifadə.
birindən sirr olan məlumatı öyrənməyə çalışmaq; ~ söz çəkmək.
hazırcavab olmaq, deyiləni (replika və s.) cavabsız qoymamaq, dərhal cavab vermək.
iki tərəfin məlumatlarını bir-birinə çatdırmaq, xəbərçilik etmək; ~ ara vurmaq.
əsas mövzudan uzaqlaşmaq, mövzunu dəyişmək; ~ söhbətin ağzını əymək, söz azdırmaq.
hər hansı məsələ ilə bağlı rəy öyrənmək və ya fikir formalaşdırmaq üçün üstüörtülü şəkildə söz demək, nəyi isə eşitdirmək; sataşmaq; ~ işarə vurmaq.
mövzunu başqa tərəfə yönəltmək, əsas fikirdən, mətləbdən yayınmaq; ~ söhbəti fırlatmaq, söz arasına söz qatmaq, söhbətin ağzını əymək, valı dəyişmək.
öyüd-nəsihət eşitməmək, danışığa, məsləhətə əhəmiyyət verməmək; ~ bir qulağından alıb o biri qulağından vermək (ötürmək).
birinin haqqında şayiələr yaymaq; ~ söz gəzdirmək.