pulu çox olmaq, çox zəngin olmaq; ~ var-dövləti başından aşmaq, pulunu balta kəsməmək.
bədxərclik etmək, pulunu sağa-sola xərcləmək.
həddən çox pulu olmaq; ~ pula pul deməmək, var-dövləti başından aşmaq.
bədxərc, lazımsız yerə çox pul xərcləyən.
fikir və düşüncə içərisində olmaq, gözünə yuxu getməmək, düşünüb-daşınmaq. □ ...Gözünü evin səqfinə dirəyib, deyəsən, pərdi sayırdı. (C.Məmmədquluzadə)