axmaq, qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında işlədilən ifadə; eşşək nə bilir xurmanın dadını.
məğlub olsa da, özünü o yerə qoymamaq; ~ özünü tox tutmaq, özünü sındırmamaq.
güclüdən qorxub gücsüzün yaxasından yapışmaq, güclünün qisasını fağırdan almaq, gücünü gücsüzə göstərmək; ~ eşşəyi qoyub palanı toqqaşdamaq.
rüsvay etmək, biabırçı hala salmaq.
bax: eşşəyə gücü çatmır, palanı döyür.
vəzifəsini, səlahiyyətlərini itirmək, sonu çatmaq; ~ işi bitmək, kəlmeyi-şəhadəti oxunmaq, zurnası çalınmaq, kitabı bağlanmaq.
dəyəri, hörməti olmayan birinə öləndən sonra həddindən artıq dəyər verilməsinə münasibətdə işlədilən ifadə.
vulqar. kobud, tərbiyəsiz, yaramaz adam haqqında işlədilən ifadə.
1. Dəyərini, nüfuzunu, etibarını itirmək, etibar edilməmək, əvvəlki kimi mötəbər olmamaq; ~ nüfuzdan düşmək.
2. Keçərliliyini, təsirini itirmək (müqavilə, qanun, vəsiqə və s. haqqında); ~ qüvvədən düşmək.
bir insanın (dəstənin, qrupun və s.) himayəsində olmaq, bir kəsin və ya bir şeyin salamat, təhlükəsiz qalmasına tam güvənmək.
inanmaq, etibar etmək.
gizli qalmalı olan söz, iş haqqında deyilən ifadə; ~ bir daş altda, bir daş üstdə.
evdən kənara çıxmağa icazə verilməmək, evdə saxlanılmaq.
qazandığı pulun qədrini bilmək, pulunu ora-bura dağıtmamaq, sağa-sola xərcləməmək, yığıcı olmaq, bədxərc olmamaq.
birinə pislik etmək, bədbəxt etmək.