Qızların ən əntəri Güldəstə idi. Dilarə gözəl idi, bəlkə də, yer üzündəki bütün qızlardan gözəl idi (Ə.Əylisli).
Onun sir-sifətindən əntərlik yaǧır (“Ulduz”); İndi onun üzündə zərrə qədər də gözəllik yox idi (Ə.Əylisli).
Topuşun başı üçün lap əntiqə bir yumru oǧlan oldun (S.Rəhimov); Bəy olanda nə olar, başı batmış nə qədər də kifirdir (Mir Cəlal).
Arvad qab dəsmalı ilə gözlərini silib ərinin qabaǧında döyükə-döyükə qaldı (S.Rəhman).
Şişman məmur uzun bir sükutdan sonra ərincək halda aǧır-aǧır sözə başladı (M.Hüseyn); Çox çalışqan tələbədir.
Samovara su tökməyə, kömür salmaǧa ərindi (M.İbrahimov); Uzaqlardan kaǧızı gəlir, özü də sanitar işləyir. (Mir Cəlal).
Zahiri əsarətdən xilas olduǧumuz kimi, batini əsarətdən xilas olmalıyız (C.Məmmədquluzadə); Onda azadlıǧa, gün işıǧına həsrət qoyanlara qarşı qəzəb hissi coşurdu (Mir Cəlal).
Əsas suallar qaldı kənarda, yardımçı suallarla tələbəni yordu.
Maarif sahəsində mübahisə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı (A.Şaiq); Qismən bizlə razılaşdı.