Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram (S.Rüstəm).
Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar (C.Əmirov).
Fatma arvad hələ də təndir başında əlləşir (Mir Cəlal); Orda-burda avaralanırdı.
Dedik: Öyrən hər şeyi; Əlli tərpən, əlli, qız (M.Rahim); Yaman yavaş işləyirsən (“Ulduz”).
Bizə əlsiz adamlar yox, bacarıqlı adamlar lazımdır.
Məhəmmədhəsən əlüstü girdi həyətə (C.Məmmədquluzadə); Bəli, Klara xanım, gecdir, çox gecdir (C.Əmirov).
Əlverişli yerlərdə gizlənmiş düşmən snayperləri bir an belə susmur (S.Vəliyev); Baş qoşmaq da faydasız idi... (Mir Cəlal).
Lənkəran zonasının subtropik bitkilər yetişdirmək üçün əlverişliliyi çoxdan məlumdur. Onun yararsızlıǧı barədə mənə deyiblər.
Yaxşı və səmərəli işləmək üçün əlverişsiz yox, münasib şərait yaradılmalıdır.
Gec-tez əməkçilər qələbə çalacaqlar (Çəmənzəminli); Bizim aramızda müftəxorlara yer yoxdur.
Əmin-amanlıq olmaz, olmasa əmniyyətlər (S.Rüstəm); Müharibə deyildir qurbansız, təhlükəsiz (S.Rüstəm).
Lyudmilacan, sizin hər bir xahişiniz mənim üçün əmrdir (C.Əmirov).
Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.İbrahimov); Polis idarəsi rəisi ucaboy, arıq və kürən bir adamdı (M.Hüseyn).
Çuvalın aǧzını açıb unu təknəyə əndərdi (“İzahlı lüǧət”); Maşını doldurub yola saldılar (“Azərbaycan”).
Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! (H.Cavid); Baş sahibi olmaq asandır, amma bu başı salamat gəzdirmək hünər istər (M.Hüseyn).