Baǧın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi? (M.Ə.Sabir); Biçinə çin gərəkdir, xırmana vəl (S.Ə.Şirvani).
Özünüz də yaz əkinçi, qış dilənçi (Ə.Haqverdiyev); Biçinçi haqqını yerdən yıǧar (Ata. sözü).
Gecə, gündüz əkir, biçir yoxsul; Yenə görməz evində bir məhsul (A.Şaiq).
Arpa əkdim, darı çıxdı (Ata. sözü).
Vəziyyəti büsbütün əksinə məna edirsiniz (M.S.Ordubadi); Şərait məsələyə düzünə yanaşmaǧı tələb edir.
...Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduǧunuzu görürəm (M.İbrahimov); O, məsləksiz adamdır.
...Bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır (M.İbrahimov); Onu məsləkli bir şəxs kimi tanıyırlar (“Azərbaycan”).
Əqli əməklə fiziki əmək arasındakı ziddiyyət aradan qaldırılmalıdır.
Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt etmişdi (S.Rəhimov); İlahi, yuxu görürəm, ya bu aşkardır? – deyə özünü
toxtatdı (Mir Cəlal).
O, əlaltından öz işini görürdü (M.İbrahimov); Aşkarca bizim əleyhimizə danışır.
Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm); Özün də meydanda tək qaldın... (M.Hüseyn).
Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S.Rüstəm); Mişka Əli ilə sakitlik işarəsi verdi, başa saldı (Mir Cəlal).
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə (S.Rüstəm).
Dədəm kimi əliaçıqsan, verəndə üzünü görmə (M.İbrahimov); Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olmayın! (B.Vahabzadə).
Nəbinin igidliyi, əliaçıqlıǧı dillərdə dastan olur (“Qaçaq Nəbi”); Sən niyə indidən uşaǧı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən? (Mir Cəlal).