Bizim qaçdıǧımıza görə, Pərviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hər sözə min məna verirsən (M.Hüseyn).
Təzə gəlinlər, cavan qızlar yanına girə bilməzdi; ədəb, həya, hörmət vardı (Q.Qantəmir); Bax, mən gəncliyin bu qabalıǧı ilə razılaşa bilmərəm (M.Hüseyn).
Vaqiən Qasım əmi çox ədəbli və söz eşidən idi (C.Məmmədquluzadə); O mənə tərəf əyilib, kobud bir pıçıltı ilə adımı çaǧırdı (Y.Əzimzadə).
Oǧlan ədəbliliyindən başını aşaǧı saldı və cavab vermədi (“İzahlı lüǧət”); Düzdür, biz onun kobudluǧuna öyrənmişdik (Y.Əzimzadə).
Xain, alçaq, ədəbsiz, aç qapını (H.Cavid); Mən... təmiz və abırlı böyümək istərkən, nə iş idi başıma gəldi (Mir Cəlal).
Hə, bala, belə bir kişinin mənim kimi əfəl nəticəsi var (B.Bayramov); Varlıdır, arxalıdır, özü də elə bu Səlim kimi zirəkdir, gözüaçıqdır (M.İbrahimov).
Çox görmüşük dürlü-dürlü ölümləri; Qocalıqdan, xəstəlikdən, əfəllikdən ölənləri (X.Rza); Atamın zirəkliyi müqabilində mənim çox aciz-avara bir uşaq olmaǧımı üzə çəkənlərin ən dəhşətlisi Nabat xalanın oǧlu Yaqub idi (Ə.Əylisli).
Bunlar həqiqətdir, əfsanə deyil; insan nələr qurdu, nələr yaratdı (H.Hüseynzadə).
Qartal dedikləri o əfsanəvi qəhrəman budur (M.Hüseyn); Çox saǧ ol, oǧlun Fərid bütün vuruşlarda əsil igid olduǧunu sübut etmişdir (M.Hüseyn).
Gülsənəm arvad öz tərifindən ruhlanır, ruhlandıqca da elə bil, qeyri-adi, əfsanəvi bir hadisədən danışırdı (M.Hüseyn); Həqiqi və əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi (M.S.Ordubadi).
Kim olub əǧyarə yar, eylər mənə aǧyarlıq (M.Füzuli); Elə bil o, ...dostluǧu, sədaqəti əsil ürək döyüntüsü ilə tərənnüm edən bir şairə qulaq asırdı (M.Hüseyn).
Daha əhatəli iclas çaǧırılsın; Yaxın bir gün, ətraflı danışmaq üçün (R.Rza); Məsələni birtərəfli həll etmişlər.
Püstəxanım əxlaqlı, namuslu qadındır. Gözəl olmasına baxmayaraq, pozǧun arvaddır (C.Əmirov).
Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır (M.İbrahimov); Bu evin sahibi səndən min pay namuslu adamdır (Ə.Əylisli).
...Onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlıǧından irəli gəlmişdir (S.Hüseyn); O, namusluluǧundan dinib-danışmırdı.