Aǧabala çox aǧlayan uşaq idi (Çəmənzəminli); Görürəm bəşərin gülən gününü! (S.Vurǧun).
Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz aǧlayış və qısqanışlar da həddindən artıqdır (M.S.Ordubadi).
Birdən Sabir doǧruldu, bədənində şiddətli bir aǧrı hiss edərək üz-gözünü turşutdu (M.Hüseyn); Müalicədən gələndən sonra onun sazlıǧı göz qabaǧında idi.
Sevil, nə üçün belə solǧunsan, yoxsa bir yerin aǧrıyır? (C.Cabbarlı); Gülşən ona toxtaqlıq verirdisə də, Xanpəri sakitləşmirdi (Ə.Vəliyev).
Nazim uşaqlıqdan aǧyaǧız idi. İdarə başçısı orta yaşlı, qarayaǧız, utancaq bir adam idi (Mir Cəlal).
Təranə aǧyanız göyçək bir qızdır. Lazar ortaboylu, qarayanız, bozgöz bir oǧlandı (S.Vəliyev).
Nuru babanın naǧılına qulaq asanların bir qismi aǧzıaçıq, bir qismi isə aǧzıbaǧlı oturmuşdu.
Əsəd çox faǧır, aǧzıaçıq uşaq idi. Birinci ona görə ki, çox diribaşdır, ikinci də bunları istədiyin qədər oyada bilərsən (M.İbrahimov).
Mən istərdim ki, sən aǧzıboş olmayasan. Mən çox aǧzıbütöv adamam (F.Kərimzadə).
A kişi, bilirəm hansı aǧzıdaǧınıq naçalnikə məni nişan veribdir (M.F.Axundzadə); Mənim aǧzıbütöv, sözünün üstündə duran adamdan xoşum gəlir.
Mənimlə niyə belə aǧzıdolu danışırsan? O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M.İbrahimov).
Mütəkkəni sinəsinin altına qoyub aǧzıüstə uzandı (İ.Şıxlı); O, göy otun üstündə arxasıüstə uzanıb yuxuya getdi (“Ulduz”).
De, polis gətir, mərəkə sür aǧzıyuxarı Sibir meşələrinə (Mir Cəlal); Mən evə gələndə o aǧzıaşaǧı gedirdi.
Ah, mən onun səadəti üçün nələr etməzdim (M.S.Ordubadi); Vay, yad kişinin səsi gəlir, vay, indicə qapıdan içəri girəcəkdir... (M.F.Axundzadə).
Ona yazıǧı gəlirmiş kimi ahəstə dilləndi (S.Vurǧun); Səttar tez atı tövləyə çəkdi (A.Makulu).