Əli öz aǧıllılıǧı ilə hamını heyran edərdi. Aǧıl olmayan yerdə cəsarət dəlilikdir (M.İbrahimov).
Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu aǧılsız hərəkətinə heyrət edirdilər (A.Şaiq); Deyilənə görə, o sakit, düşüncəli və mühakimələrində aydınlıǧa meyil edən adam idi (M.İbrahimov).
Əhməd kişinin xasiyyəti çox aǧırdır. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan (M.İbrahimov).
Soyuqda oturduqca, özünə gəldikcə vücudu aǧırlaşır, kürəkləri sancır (Mir Cəlal); Amma elə ki, anam danışdı, elə bil mənim üstümdən daǧ götürüldü. Yüngülləşdim və rahat oldum (M.İbrahimov).
Gülüşcan, mən böyük aǧırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır (C.Cabbarlı); Bu yüngüllük Gülərə də təsir etdi (İ.Şıxlı).
Mehdiqulu aǧırtaxtalı bir oǧlandı, hələm-hələm canına isti keçməzdi (Mir Cəlal); Boşboǧaz arvad ərini qabaqladı (M.İbrahimov).
Nurəddin anasından sonra birdən-birə dəyişir, aǧırtəbiətli bir uşaq olur (S.S.Axundov); Sən allah, bizim yaxamızı bu cırtqoz Əhmədin əlindən qurtar.
Biz onların yaradıcılıǧından aǧızdolusu danışmalıyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox həvəssiz danışardı.
Mən ömrümdə söyüşməmişəm. Birisi ilə aǧızlaşmamışam (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S.Vurǧun).
Vahid elə uşaqlıqdan aǧköynəkdir. Bununla belə cürətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi (S.S.Axundov).
Aǧladan yanında otur, güldürən yanında yox (C.Əlibəyov).
Aǧlaǧan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edirdi (Mir Cəlal); Çox güləyəndir.
Ellərin dərdinə könül baǧladım; Səninlə bir gülüb birgə aǧladım (M.Rahim).
Aǧlamsındı bir az “dərdli”, “gileyli” (M.Rahim); Yadigar qayǧısız halda gülümsünürdü (Ə.Muǧanlı).
Gahdan gülər, gahdan aǧlar fikrimiz; Qanad açar, qanad baǧlar fikrimiz (H.Hüseynzadə).