İrəliyə doǧru şıǧıyan dəliqanlı Girdman hökmdarı Varazın oǧlu Cavanşir idi (M.Hüseyn); Çox qorxaqdır, qaranlıq düşən kimi evdən bayıra çıxa bilmir.
Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyindən keçənlərin heç birini demədi (İ.Şıxlı); Lakin gecə qaranlıq, sakit və dəhşətli idi (C.Məmmədov).
Ona çox fikir verdikcə dəliləşir. Balam, görünür ya zəmanə dəyişir, ya adamlar aǧıllanıb (Ə.Vəliyev).
Çaǧladı dəlisov ləpələr kimi; Aǧladı südəmər körpələr kimi (T.Mahmud); Buyur, bu da aǧıllınız (S.S.Axundov).
Erkək təbiətli, dəlisov, ətli-qanlı bir qız idi (A.Şaiq); Ürkək, qorxaq qız uşaǧı yırtıcının qabaǧında dura bilmədi (M.İbrahimov).
Dəlisov şimal küləkləri çəkib bu ütünü (S.Sərxanlı); Mülayim bir axşam çaǧıdır (S.Qədirzadə).
Dərd içində yaşadı; Yazdı sevinc nəǧməsi (B.Vahabzadə).
Bir yerdə dərdləşər, bir yerdə sevinərdilər (S.Vəliyev).
Dərdsiz, qüssəsiz adamlar kimi şellənə-şellənə addımlayan Əli Rəsulov bir dəfə də olsun dönüb dala baxmadı (C.Əmirov); Sərdar özünü nəşəsiz adamlar kimi aparırdı.
Dərədə gen, dikdə dardır, daǧ yolları (T.Şahdaǧlı).
Yay da yaman gəldi bu tərəflərə; Dərələr qaynadı, döşlər qaynadı (H.Hüseynzadə).
Qarşıya birdən-birə; Çıxdı uçurum dərə (A.Şaiq); Neçə daǧ, neçə düz, neçə kənd, şəhər ötdük; Biz havaya qalxandan bəri (B.Vahabzadə).
O gah dərəyə enir, gah təpəyə qalxırdı (G.Hüseynoǧlu).
Necə də bozarıb dərələr, düzlər; Qarlı zirvələri fikir aparmış (H.Hüseynzadə).
Yaş ötdükcə tələsirəm; Gəzmək üçün, görmək üçün; Zirvədəki qar qalaǧı; Dərədəki çiçək üçün (H.Hüseynzadə).