Cəmi yaxın adamları qaçıb daǧıldılar (Ə.Haqverdiyev); Oraya, qapının önünə çoxlu adam yıǧılmışdı (C.Məmmədov).
Fikrim daǧınıqdır (C.Əmirov); Fikrini oxucuya yıǧcam şəkildə çatdıra bilmişdir.
Əsərdə fikir daǧınıqlıǧı var. Əsərdə yıǧcamlıq yoxdur.
Onun oyuncaqlarını daǧıdar və sındırar, bəzən də özünü döyüb qaçardı (A.Şaiq); İgid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular (M.Rzaquluzadə).
Bizim yerlər daǧlı-dərəlidir (“Jurnalist”).
Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də daǧlı idi (Mir Cəlal); Qadın hər qüssədən, qəmdən azaddır; Aǧ günlər eşqilə ürəyi şaddır (H.Hüseynzadə).
Vaxtilə dərə-təpəlik olan yuxarı daǧlıq hissə indi gül-çiçəyə bəzənmişdir. Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim (A.Şaiq).
Bura daǧlıq, baǧçalıq bir yerdir (M.S.Ordubadi); Dərə-təpədən düzlüyə çıxdıq (A.Şaiq).
Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşxasiyyət adamlardır (M.İbrahimov); Səməd zahirən, doǧrudan da, mürgüləyən adama bənzəyirdi (İ.Hüseynov).
Daxili xəstəlik mütəxəssisi lazımdır (Çəmənzəminli); Sizin xarici görünüşünüz barəsində (C.Əmirov).
Daxili bir maraq məni də saxladı. Zahiri görkəmlərindən yaşlı adama oxşayırdılar (M.İbrahimov).
Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edir (A.Şaiq); Arabir çevrilib yan-yörəsinə baxır (S.Qədirzadə).
Yalan müvəqqətidir, doǧruluqsa daimidir (S.Rüstəm).
Kəndə çatdıǧı üçün İkram söhbətin dalını eşidə bilmədi (Ə.Əbülhəsən); Söhbətin əvvəlini xatırlaya bilmədi.
Həsən kişi Qulunun qolundan tutub dala qayıtdı (M.İbrahimov); Əbil ürəkləndi, bir-iki kösöv götürüb irəli yeridi (Ə.Vəliyev).