Qara gözlərin aǧı süd kimi aǧappaq, qarası kömür kimi qapqara (G.Hüseynoǧlu).
Aǧ dumanlar aǧarır qaşlarda (S.Vurǧun); Rəngi bozarmışdır, baxışları sərt (S.Vurǧun).
Aǧ gün aǧardar, qara gün qaraldar (Ata. sözü).
Sərdar Rəşidin üzü qızarır və yenə də aǧarırdı (M.S.Ordubadi).
Verdiyev məruzəsinin üzünü on bir dəfə aǧartdı, yenə ürəyi qızmadı (Mir Cəlal); Bir eşqin şimşəyi çaxdı başımda; Yerimdə kömürtək qaraltdı məni (İ.Tapdıq).
Aǧbəniz... oǧlan uşaǧı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C.Əmirov).
Qız qarabuǧdayı; oǧlan isə aǧbəniz (İ.Tapdıq).
Yoluna aǧbəniz, şümşadboylu gəlin çıxsa, qorxma get, işin avand olar, qarayanız arıq ələngə qarı çıxsa, vay halına, getmə, qayıt geri (M.İbrahimov).
Əslində isə, həddən artıq qorxaq, aǧciyər idi (M.Talıbov); Yusif xasiyyətcə yumşaq olsa da, cəsarətli idi, heç bir şeydən qorxmazdı.
Qulam, aǧciyərlikdən aǧ saç olmaq yaxşıdır (Ə.Əbülhəsən); Oǧul, heç vaxt cəsurluǧu yaddan çıxartma.
İgid də qorxarmı? Aǧgözə bir bax (S.Rüstəm); Deməli, şərait bizdən tələb edir ki, həm aǧıllı tərpənək, həm də cəsarətli! (M.İbrahimov).
Şərabın yox, gətir aǧı, qulaǧın niyə kar olmuş? (Nəbati); Nə şirindir, nə coşqundur azadlıq duyǧuları (H.Hüseynzadə).
Tərlan aǧıllı oǧlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn); Eh, sən nə axmaq adam imişsən (C.Əmirov).
Sizi hər bir aǧıllı qız sevə bilər (M.S.Ordubadi); Düşmənə rəhm edən axmaqdır, gicdir (S.Rüstəm).
Mirzə Kərim, bu kəndin içində bircə aǧıllı adam sənsən (Ə.Haqverdiyev); Baǧır, bərkdən baǧır, bərkdən, yekəbaş (S.Rüstəm).