Siz onu bacarmazsınız, siz hələ çocuqsunuz (C.Cabbarlı); Yaşlı adamdır, onu hər işə göndərməyin.
İnsanın iş günü; azalsa da, çoxalsa da; İnsanlıǧın iş günü bitməyəcək (R.Rza).
Yoldaş Aslan, mən bicəm, amma sən məndən də çoxbilmişsən (M.İbrahimov); O, Allahın maǧmunudur (“Ulduz”).
Bu yuxunu biz çoxdan eşitmişik (C.Cabbarlı); Görəsən, indi də qarǧı danışarmı, ona əfsanə desək (R.Rza).
Məhsuldarlıǧı artırmaq, çoxlu var qazanmaq haqqında az iş görmüşük (Ə.Vəliyev).
Məhsulun çoxluǧu, azlıǧı bizdən asılıdır (M.İbrahimov).
Sözlər təkmənalı və ya çoxmənalı olur (“Müasir Azərbaycan dili”).
Gecənin çoxu gedib azı qalmışdı (S.Qədirzadə).
Öz yurdlarına, gözəl Borçalı çökəyinə qayıdırlar (F.Kərimzadə); Daǧında, düzündə bitməyəydi qaratikan kolu (R.Rza).
Kürün üstünə qaranlıq çökmüşdü (İ.Şıxlı); Bulud göyə qalxmışdı (İ.Şıxlı).
Çökük ovurduna bax, gör üzün nə vəziyyətə düşür. Supərisi qızılı saçları ilə qabarıq sinəsini örtdü (“Azərbaycan”).
Çölüm özgəni yandırır, içim özümü (Anar).
Çölün aləmi yandırır, içərin özünü (Ə.Vəliyev).
Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışlar (M.S.Ordubadi); Qəddar, qaniçən adamdır (M.S.Ordubadi).
Mən özümü çuxur bir yerə verib dayandım (M.Talıbov); Dərə əlvan, çəmən əlvan, düz əlvan... Bu rənglərin düzümünə aldanma (R.Rza).