Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); Ayrılıq həyəcanlı vücudunu tutmuşdu (Çəmənzəminli).
Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir (M.S.Ordubadi); Ayrılıqda görülən işlər səmərəsiz olur.
Sənin ilə mənim dərdimiz bəlli; Birlikdə taparıq, bəlkə, təsəlli… (Ə.Cavad); Təklikdə çaylaq daşıyam; Məni qoymayın təklənəm! (M.Araz).
Bişmiş süd, yaǧ, ilıq yumurta, aǧ çörək süfrəni bəzədi (Ə.Vəliyev); Hanı burada qədrini bilən; Bəli, çiy süd əmib əzəldən insan (H.Hüseynzadə).
Pəri Soltanın evi zindana bitişik idi (Naǧıl); Vətəndən ayrı düşüb, indi naməkan ölürəm (Natəvan).
Borular bir-birinə bitişdi (M.Hüseyn); Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram (C.Cabbarlı).
Şeir, mədh, qəzəl, həcv, mərsiyə və s. yazdıqda o barədə nə mümkünsə, hamısın de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma (“Qabusnamə”).
Ot kökü üstə bitər (Ata. sözü); Bir damcıya möhtac idim; Qurumuşdu baǧça-baǧım... (Şəhriyar).
Nə gərək sevdiyim o bivəfanı; Nə də belə hicran daǧı görəydim (Q.Zakir); Sabah bizim ailənin ən etibarlı üzvü sayılırdı.
Bıy, nə qəşəng ceyrandır, bunu haradan almısan? (Mir Cəlal); Vay öldüm, vay öldüm, kömək ediniz (S.Rüstəm).
Göytəpənin üstünə boǧucu, aǧır qaranlıq çökmüşdü (İ.Şıxlı); Gecə yaǧış yaǧdıǧına görə səhərin havası çox saf və təmiz idi (S.S.Axundov).
Allahyar kənd itlərinin boǧuq səsini eşidib ürəkləndi (İ.Şıxlı); Kükrəyib daşan Kürün qıjıltısı daha aydın eşidilirdi (İ.Şıxlı).
Həkim də buyurmuşdu ki, çoxlu süd və bol yumurta yesin (S.S.Axundov); Sizin sözünüzün kəsəri azdır! (S.Vurǧun).
Ona yemək vermə, içmək vermə, bolluca naǧıl söylə (S.S.Axundov); Qoy bu gün azca danışsın.
O, çörək dostudur, bolluq carçısı (Abbasaǧa); Heç, elə-belə bazarın kasadlıǧı ovqatımı təlx eləyib (Ə.Haqverdiyev).