Qoy onun o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın (S.Rəhimov); Elə bil onun gözü yerindən oynamış, çıxıq kimi görünürdü.
Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduǧunu onun hər sözündən, hər hərəkətindən anlamaq olurdu (A.Şaiq).
Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızılgüldür, amma batində onun tikanlarıdır (Ə.Haqverdiyev).
Günəşin batışı ilə çıxışı gözəl olur. Günorta yerində olanda ona heç baxan da olmur (Çəmənzəminli).
Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır (Ə.Haqverdiyev).
Üstüm-başım qana və qanlı torpaǧa batmışdı (M.S.Ordubadi); Paltosunun tozunu təmizlədi.
Rəsulovun şirin dili, dərin mənalı baxışı o dəqiqə öz təsirini göstərdi (C.Əmirov); Bayaǧı adamlar yadıma düşəndə qanım qaralır (M.İbrahimov).
Nə qədər bayaǧı cavab verirsən, Qaraş! (M.İbrahimov); İndi beynəlxalq vəziyyət çox mürəkkəbdir.
Mən bayaq zarafat eləmirdim (Elçin); Dünən bu hadisə onu bərk əsəbiləşdirmişdi (M.İbrahimov).
Sonra anam dedi ki, iki tikə çörəyimiz qalıb, özü də bayatdır, isti çörək al, atan gəlib təzə çörək yesin (M.İbrahimov).
Almazın dalǧın duruşu, bayǧın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq); Sabirin yazdıǧı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi (F.Köçərli).
Xanın bayramıdır, elin yasıdır (S.Rüstəm).
Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? (Ə.Haqverdiyev).
Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır (Çəmənzəminli); Dərvişsiz olan məmləkətin şöhrəti olmaz; Dünyası cəhənnəmlik olar, cənnəti olmaz (Ə.Vahid).
Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart (C.Əmirov); Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı (Ə.Vəliyev).