Aşaǧı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bıǧ (Ata. sözü).
Bu aşkar bir mətləbdir; bəyana ehtiyacı yoxdur (C.Məmmədquluzadə); Mən gərək sözümü Axund aǧaya xəlvət deyim (Ə.Haqverdiyev).
Baş üstə sizin murov mənimlə aşnadır (Ə.Haqverdiyev); Düşmən qüvvəsini bizim üstümüzə atır (S.S.Axundov).
C.Məmmədquluzadə Mirzə Fətəli Axundzadənin realizmi və ateizminin varisi olmuş (M.İbrahimov); Teizm dünyanın Allah tərəfindən yaradılıb idarə edildiyini iddia edən dini-mistik ehkamdır.
Gavə atəşli bir qəlblə inqilaba başladı... (H.Cavid); Zindandan çıxmışdı o qarı ölgün (A.Şaiq).
Bu, bəlkə, onun atəşli fikirləri idi ki, gözlərində odlu qanad çalırdı (Ə.Məmmədxanlı); Söylədiyi sönük nitqlə tamaşaçıların rəǧbətini qazana bilmədi.
Atıl cəbhələrə aslanlar kimi (S.Vurǧun); Bu səslər altında Zeynəb düşüb yerində oturdu (M.İbrahimov).
A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı getmək ləzzət verməz (Ə.Haqverdiyev).
Kim isə zəncirləri lom ilə yerə atır (M.İbrahimov); Usta gəmiçilər tufanda belə; Sükanı düz tutur öz əllərilə (S.Vurǧun).
Güldəstə ilə Südabə rəfiqə olsalar da, bir-birindən fərqlənir: Güldəstə həyalı, Südabə atmaralıdır.
Atüstü olsa da qısa bir söhbət; Dönür unudulmaz bir xatirəyə (S.Vurǧun); Qaraca qız qalxıb aramla geyinməyə başladı (S.S.Axundov).
Görürəm ki, mədəni adamsınız (İ.Fərzəliyev); Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır (C.Məmmədquluzadə).
Əlbisəsinin tərzi, biçimi avamlıǧını... andırırdı (S.Hüseyn); Onlar Qasım əminin mədəniliyi sayəsində qaçdılar.
Bu parçanın astarı avandından gözəldir.
Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür (S.S.Axundov); Çox işgüzar, əməksevən, intizamlı qadındır (C.Əmirov).