...Əruzla aydın və anlaşıqlı bir dildə yazmaǧı bacarmaq lazımdır (S.Rüstəm); Dolaşıqlı məsələlərin həllini şagirdlərə anlatmaq lazımdır.
Firidun doǧuluşundan anormaldır. Tərlan aǧıllı oǧlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn).
Professor Ə.Aǧayev antik və müasir Ədəbiyyatdan maraqlı mühazirələr oxuyur.
Arşın gətir bez apar, çuval gətir qoz apar (Ata. sözü).
Zeynəb də arabir gözaltı ona baxır (B.Talıblı); Oǧlu Mirzə Qalib isə daima küçədə qarovul çəkir (C.Əmirov).
Hər gün silər, təmizlər və arabir dərənin içinə enərək bir yeri nişan alardı (A.Şaiq); Elə iş tut ki, camaat həmişə yaxşı desin (M.İbrahimov).
Gülşən də kənddən aralandı (Ə.Vəliyev); Parçalanmış bir eli – Böyük Azərbaycanı; Birləşdirdi Füzuli! (B.Vahabzadə).
Əsgər əvvəl qapını araladı, sonra nə fikirləşdisə örtdü (“Azərbaycan”).
Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü (Mir Cəlal).
Qayıqlar bir-birindən aralandı. Bu dənizdə üzür qayıqlar; Get-gedə sıxlaşır bu qayıqlar (S.Vurǧun).
Aralanır buludlar, təravətlənir otlar (A.Səhhət); Cilovunu sahənin yanındakı arabaya baǧlayıb yaxınlaşdı (M.İbrahimov).
Qarlarla örtülü bir düzə gəldik (S.Vurǧun); Həm də çox aralıdır, gedib-gəlmək də olmaz (H.Hüseynzadə).
Xasay atlıların bir-birindən aralı getməsini məsləhət gördü (M.Hüseyn); Yaxın gəl, qulaq as qəlbim deyənə (S.Vurǧun).
Bəs fikri nə idi? Kimi arardı? (S.Vurǧun); Onun şöləsindən şəfa tapırlar (S.Vurǧun).
“Mirzəyi” havasında bir vəzn aǧır və aramla vurulur (Ş.Bədəlbəyli); Kişi parçı birnəfəsə başına çəkdi (İ.Əfəndiyev).