Müəllimin solǧun siması bir azca allaşdı və yenə aǧardı (M.İbrahimov).
Babanın gözləri yanmaǧa başlayırdı, yanaqları allaşmışdı (M.İbrahimov); Səhərdir. Üfüqün geydiyi sarı; Solur şəfəqlərdə xəstə üzlü ay (S.Vurǧun).
Almaq asandır, qaytarmaq çətindir (Ata. sözü).
Ay qızım, mən söz gəzdirən deyiləm, neçəyə almışam, o qiymətə də satıram (M.İbrahimov).
Bahadır mahud almaq fikri ilə bir maǧazaya varid oldu (N.Nərimanov); Gübrə özü verilməyib, biz vermişik (M.İbrahimov).
Meşə alovlandı (S.Vəliyev); Ocaq getdikcə öləziyirdi (“Ulduz”).
O sözləri düşündükcə təndir kimi alovlandı (A.Şaiq); Sönər bu şan, bu şöhrət; Ölkə olmuş mənə düşmən (A.Şaiq).
Deyirəm, qızım, olmaz ki, sən alt paltarını üstdən geyəsən, üst paltarını altdan (Anar).
İlk baxışdan o, altruist bir şəxs kimi hamının diqqətini cəlb etmişdi (“Elm və həyat”); İndi uşaqlar mənə gülmək, sataşmaq istəyəndə “eqoist” deyirlər (M.İbrahimov).
Bu amansız gecənin gündüzü yoxdur (H.Cavid); Onların böyükləri çox rəhmli adamdır (S.S.Axundov).
Tülküyə amansızam, çünki quzuya yazıǧım gəlir (M.İbrahimov).
Analiz mürəkkəb dil bütövlüyünün onu təşkil edən ünsürlərə ayrılmasıdır. Sintez təhlil prosesində hasil olmuş ayrı-ayrı ünsürlər arasındakı əlaqəni müəyyənetmə və onlardan ümumi nəticə çıxarma üsuludur.
Anarxiya qarışıqlıq, hərc-mərclik, özbaşınalıqdır. Başladı ki, kolxozda demokratiya yoxdur, kollektiv rəhbərlik yoxdur (M.İbrahimov).
Kapitalist ölkələrində anarxiya hakim kəsilib. Mənim fikrimi azdırma, mən cəbhəni demirəm, onların öz qayda-qanunu var (M.Hüseyn).
Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim (Ə.Haqverdiyev); Axmaq kişi, sən nə danışırsan?! (A.Məmmədrza).