Pək şad olaraq güldüm abad olan ölkəmdə... (M.Müşfiq); Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin! (Qoşma).
Gəl işim var səninlə, gəl, abdal! (H.Cavid); Yusifin arvadı Avropa elmlərindən dadmış bir aǧıllı arvad idi (N.Nərimanov).
Məzəmmətdən sonra abırlaşmışdır. Sədrin müdafiəsindən ruhlanan Lal Hüseyn daha da həyasızlaşdı (M.İbrahimov).
Qaşqabaǧı, sallaq dodaǧı, çatılan qaşı, qırışıq alnı müəllimi lap acıtdı (Ə.Vəliyev); Bir anlıq iztirabdan sonra ata və balanı sakitləşdirdilər (A.Məmmədrza).
Arvad, Səfər pis oǧlan deyil, atası da bir abırlı kişidir (Ə.Haqverdiyev); Tez ol aç qapını, həyasız qarı! (A.Şaiq).
Abırsızdan həyanı saxla (Ata. sözü); Gözəl var ki, həyalıdır; Gözəl də var həyasızdır (M.Rahim).
Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur (A.Şaiq); Gözütox adamlar heç kəsin malına göz dikməzlər.
Qoca baǧban sərt təbiətli, acıdil, əsəbi və daima savaşan arıq kişi idi (M.Hüseyn); Gülüş şirindil qadındır.
Nə üçün bizlə həmişə acıqlı danışırsan (İ.Əfəndiyev); Çox sakit danışırdı (Elçin).
Səkinə zahirən nə Pərişan kimi narahat, nə də Rüstəm kişi kimi acıqlı idi (M.İbrahimov); O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M.İbrahimov).
Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım (M.S.Ordubadi); Düşmən məǧlub olduqca qəddarlaşır.
Mən ki zərgərəm, Yövmiyyə xərcindən ötrü acizəm (M.F.Axundzadə); Güləbətin hələ evlərində olanda Səlim xanımın bacarıqlı bir dəllala ərə getdiyini eşitmişdi (M.İbrahimov).
Ümidsiz olmaq acizlikdir. İnsan yer üzünə səadət üçün gəlir (M.Hüseyn); Bacarıqlılıǧı sayəsində irəli gedə bilmişdir.
Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq (S.S.Axundov); Heç bir bolluq, naz-nemət və anadangəlmə səadət onun insan təbiətini poza bilməmişdi... (M.İbrahimov).
İndi xanım da görürdü ki, Güləbətinin qolu dirsəyə qədər açıqdır (M.İbrahimov); Bükülü o qədər aǧır idi ki, Güləbətin zorla yeriyir... (M.İbrahimov).