İndiyə qədər etdiyi kimi yumşaqlıq və itaət göstərsə, qol-qanadı qırılacaqdır (Mir Cəlal); Hələ əlinin codluǧu getməmişdir (“Ulduz”).
Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurǧun); Yoxsa üzü açıq görmüsən? (Mir Cəlal).
Kişi əlində çomaq; Sürür yüklü öküzü (A.Səhhət); Starşina boş patron yeşiyinin üstündə oturub (Y.Əzimzadə).
Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam aǧacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişdi (Mir Cəlal).
Yalnız bir nöqsanı vardır ki, səviyyəcə yüksək deyil (M.Hüseyn); Onun səviyyəsi çox aşaǧıdır (“Ulduz”).
Müəllim intiqam hissinin yüksək və müqəddəsliyindən hərarətlə bəhs edirdi (Ə.Sadıq); Bu il bizim baǧımız az məhsul verəcək.
İndi bizimlə söhbət zamanı o, yüksəlişlər və gözlənilməz enişlərdən ibarət olan az qala bir əsrlik həyat tarixçəsinin bu səhifəsinə də ötəri şəkildə toxundu (“Azərbaycan”).
Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına (S.Vurǧun); Təpənin dibindən bulaǧın üstünə endim, əl və üzümü yuyub qaynaǧın qıraǧında oturdum (A.Divanbəyoǧlu).
Yükün yüngülü mənzilə tez yetişər (Ata. sözü); Yük aǧır – qüvvət az (Ata. sözü).
Onu söyləməyə gəlmişəm sizə; Yüngül görünməyim gözlərinizə (S.Vurǧun); Qədir bəy bu ciddi, rəsmi müqəddimədən sonra qıçını qaldırıb dizinin üstünə qoydu (Mir Cəlal).
Küçədən bir çocuq yüyürdü evə (M.Ə.Sabir); Qapının aǧzında dayandı, marş verib yerlərinə qayıtdı (Mir Cəlal).