Böyük bir dünyanı yıxmaq, uçurmaq; Yerində başqa bir dünya da qurmaq? (S.Vurǧun).
Arvad var, ev tikər, arvad var, ev yıxar (Ata. sözü).
Rəzil düşmən yaralanmış; Yırtıcı bir canavardır (S.Vurǧun); Onlar istəyir ki, biz də qabaǧa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M.İbrahimov).
Aslanın köhnə, yırtıq çəkməsi təzə paltarına yaraşmırdı (S.Vəliyev); Təzə ayaqqabısını geyinib getdi (“Ulduz”).
Arabaçı yoǧun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir Cəlal).
Baldır, deyərmiş, nə çox yoǧun, nə də nazik ola, ayaqları elə tən gərək ki, saǧ ilə sol seçilməsin (Mir Cəlal).
Səsi bir az yoǧunlaşmışdı (S.Vəliyev); Səsi nəsə nazikləşib.
Almaz mənim deyilsə, səninmi olmalıdır? Yox (C.Cabbarlı); Qüdrət İsmayılzadəni tanıyırsanmı? – Bəli (M.Hüseyn).
Çox yoxsulu qoparmış; Zalımın pəncəsindən (A.Şaiq); – Həri, özü də kalandır (C.Əmirov).
Şamaxı bazarı zəngin bazardır; Əfsus, yoxsullaşır get-gedə bir az (M.Rahim); Baloǧlan müvəqqəti olaraq varlanmaq fikrindən əl çəkdi (C.Əmirov).
Varlılıǧa tələsən, yoxsulluǧa tez düşər (Ata. sözü).
Enişi, yoxuşu, düzü bir olub; Məramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə).
Enişli, yoxuşlu bu yollarda bax! Varmı topuq salıb büdrəməyən kəs (H.Hüseynzadə).
Yolun enişliyi və ya yoxuşluǧu yox, sənin hərəkətin məni cana gətirdi (“Ulduz”).
Yeri uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz (Z.Xəlil).