Tənqid hər kəsə aid olsa da, müəllifə xilaf işdir (Mir Cəlal); Sərimək nədir, doǧru sözümdür (M.İbrahimov).
Əsarət zəncirlərini kəsib xilas edək (S.S.Axundov); Gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv
edək (S.S.Axundov).
Baxmayıb canının aǧrılarına xilaskar atanın öpdü üzündən (H.Hüseynzadə); Zülmkardır, qəddardır, heç kəsə rəhmi gəlmir.
Xırda uşaqlar da gərək məktəbə getsinlər (Ə.Haqverdiyev); Maral hələ kiçik yaşlarından böyük arzularla yaşayırdı (S.Qədirzadə).
Daşlara nə var ki; Yüz əyil, yüz dikəl; Sürtülüb xırdalaş, ol hamar (R.Rza); Gözləri elə bil iriləşmişdi (S.Qədirzadə).
Bir dünya var, kainatın bir hissəsi; İrili, xırdalı məmləkətlərə doǧru (R.Rza).
Söhbət meyvənin xırdalıǧı və ya böyüklüyündən çox, şirinliyindən gedir (“Azərbaycan”).
Yoxsa gopçu Ədilin sözündən xofa düşmüşsünüz (S.S.Axundov); İş adamdan cəsarət, qeyrət tələb edir.
Soldat Ostapenkonun hərəkətindən xoflanmışdı (Mir Cəlal); Və nəhayət, bir gecə qız cəsarətlənib ona tanış yollarla cəbhəni keçərək qaçdı (S.Qədirzadə).
Sən də dönmüsən lap o xoflu xəlifəyə, hər şeydən qorxursan (M.İbrahimov); Əvvəlinci dəfədən sübut elə ki, ərindən qat-qat cürətlisən (M.Hüseyn).
Sizin kimi adamları qurtarmaq mənim üçün xoşbəxtlikdir (S.Vəliyev); Zülm həmçinin şər əməlidir (Ə.Haqverdiyev).
Düşmənə amansız ol; dosta xoşqılıq (R.Rza).
İndi Fatmanisə xala elə bilir ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-gücü elə onu-bunu pisləməkdir.
Mən maǧaraya girib; Cüməyə yalvarıram; Əgər xoşluq ilə gəlsə heç (A.Şaiq); Pislik onun əlində bir qurtum su içmək kimi bir şeydir.
Xoşluqla gəlməsə, o vaxt zorla və güc ilə durub ayaqlarımı da tərpədərəm (A.Şaiq).